cjCxv06UFu4Qapım döyüldü…
Soruşdum Kimdi?
Dedi: Zaman…
Qapını açdım. Ayaqqablarını belə çıxartmadan otağıma daxil oldu.
Otağımın qapısını sındırdı.
Niyə sındırdın deyə soruşdum?
Hər acı çəkdikdə otağına qapılıb qapını çırparaq bağladığın o qapının qulpu sınmalıdır ki,
sən bir daha o qapı arxasında özünü dustaq hiss etməyəsən deyə, dedi.
Otağımı darmadağın etdi. Yastığımı pəncərədən aşağı atdı.
Bəs bu gecə başımı nəyə qoyub yatacağam? deyə, soruşdum…
Dedi: Özünü boğurdun yadındadı?
Ağlamağını heç kim eşitməsin deyə yastıqla başına sıxıb özünü boğurdun.
İndi yenə bu gecə ağla eşitsinlər səsini…!!!
Ağla ağlaya biləcəksənmi? Yastığa sığınma.
Özündən, güvənindən bərk-bərk tut…!!!
Komputerimi yandırıb ən sevdiyim mahnıları sildi.
Dedim silmə bəs mənim zövqüm?
Sənin zövqün daxilindi lakin onlar sənin xatirələrin və sənin hər dinlədikdə şeytan
əməlinə aldanaraq xəyallara, mənasız puç olmuş arzuları yaşamağa imkan yaradır dedi…

Pəncərəmin şüşəsini sındırdı…Şüşədə son çəkdiyim şəkil kədərli bir insan siması idi…
Çilik-çilik olub ayaqlarıma tökülüb qanatdı.
Niyə incidirsən məni? dedim.
Şüşənin o biri üzündən səni sevən səni deyildə o kədərli ,eybəcər insan
rəsmi simasını görür, indi bax həyata və o səni görsün, dedi…
Daha nəyim qaldı ki?
Hər şeyimi cırıb ,qırıb,silib atdın…Deyərək yerdə oturdum…
Zaman stolumun üzərindəki qələmi qarşıma atdı və dedi yaz! indi mənim gəlişimdən yaz!…
Mənim necə insafsız və necə acı olduğumdan yaz!
Hər şeyi zaman etdi yaz…!!!
Sonra dön ətrafına bax mənmi etdim bunları ya sən…?!
Ətrafıma baxdıqda artıq mənə keçmişimi xatırladacaq bir şey görmədim…
Həqiqətən günahlandırdığım zaman elə acımı sanki göylərə uçurtdu.
Bəs bu acını gətirən kim idi?-söylədim…
Dedi: Kimdi? soruşmadan qapını açdığın kəs…!!!
Zaman artıq qapıya doğru yaxınlaşırdı.
Mən isə arxası ilə qaçaraq günahkar MƏNəm söylədim. Bağışla məni Zaman…

tCCqWKZsDDk

 Zaman insana dərdlərin unutdurmur, sadəcə insanı dərdləriylə yaşamağa öyrəşdirir və həmçinində Zaman hər bir dərdə dərmandır deyirlər…
Hansı daha doğrudur bilmirəm, ama bir onu bilirəm bu Zaman hansı yolla olur-olsun insanı dərdlərindən həqiqətən uzaqlaşdırır..