Mən hərfləri sevirəm – amma hamısını deyil, bir yerə toplandığında sənin adını yazan hərfləri… 

Mən rəqəmləri sevirəm – amma hamısını deyil, bir yerə toplandığında sənin telefon nömrəni əmələ gətirən rəqəmləri…. 

Mən telefonumu sevirəm – lakin həmişə yox, sənin səsini mənə eşitdirəndə, mesajlarını mənə gətirəndə… 

Mən yolları sevirəm – sənin keçdiyin yolları, məni sənə gətirən, səni mənə gətirən yolları…. 

Mən günləri sevirəm – amma hamısını deyil, səni gördüyüm, səsini duyduğun, o gözəl gözlərinə baxdığım günləri…. 

Mən gülümsəməyi sevirəm – amma sənə gülümsəyəndə mənim üçün gülümsəmə deyilən məfhum daha gözəl olur… 

Mən göyləri sevirəm – çünki, ikimiz də eyni səma altında yaşayırıq… 

Mən dünyanı sevirəm – çünki, bu dünyada bir birimizə rast gəlmişik…. 

Mən yazını sevirəm – çünki vəzifəni müvəqqəti mənə həvalə etdiyin haqda zarafatyana yazın mənimlədir … Hər gün öpüb əzizləyirəm…. 

Mən səninlə bağlı olan hər şeyi sevirəm hər şeyi…. Lakin daha çox sevdiyim var… 
Qoy hərflər, rəqəmlər, telefonum, yollar, günlər, gülüş, göylər, dünya, yazın məndən inciməsin…

Mən onları SƏNİ sevdiyim üçün sevirəm…
Mən SƏNİ sevirəm..
SƏNİ sevirəm….