Hər kəs bilir ki, öz şəxsiyyətinə hörmət etmək və özünü sevmək mütləqdir. Eyni zamanda özünə hörmət qoymayan və sevməyən insan başqasını sevə və hörmət qoya bilməz. Lakin həqiqi, real olaraq bunu həyata keçirmək və istəmək hər kəsdə alınmır.

Əksəriyyət məlum olan və ya olmayan səbəbdən özlərindən bir o qədər də razı deyillər: Onlarda bəzi keyfiyyətlər və bəzi xüsusiyyətlər vardır ki, daim bundan narazıçılıqlarını bildirirlər. Bunu çox vaxt özümüzə lazım olan qiyməti və dəyəri verə bilməməyimiz ilə əlaqələndirmiş oluruq.

Nə üçün biz özümüzə lazım olan dəyəri verə bilmirik?

İlk öncə qeyd edim ki, özümüzə dəyər vermə hər şeydən öncə ətrafdakı insanların bizə verdiyi dəyər nəticəsində formalaşmış olur artıq bunu belə qəbul etmiş oluruq. Xüsusi olaraq yeniyetmələr tamamilə öz hərəkətlərini, fəaliyyətlərini analiz etmə kimi qabiliyyətində olmadığı halda ətrafdakıların düşüncəsinə əsasən dəyişməyə çalışırlar.

Bundan əlavə qeyd etmək lazımdır ki, yaşamımız boyunca biz mütəmadi olaraq real obraz olan “Mən”-i, (əslində biz “O”-yuq), ideal obraz olan “ Mən”-lə müqayisə etmiş oluruq( kim ki, olmaq istəyirik). Əgər real olan “Mən” öz yerini asanlıqla ideala verərsə həmin an özümüzə olan dəyərimiz və qiymətimiz alçalmış olur. Nəticə olaraq daim özümüzdən narazıçılıqlar baş qaldırmış olur. Mütəmadi olaraq səbəb axtarırıq və düşünürük. Özümüzə dəyər vermə alçaldığı zaman isə biz artıq öz fəaliyyətimizdən heç bir uğur gözləmirik, biz sadəcə uğursuzluqlardan qaçmaq və gizlənmək istəyirik. Əgər hətta biz uğur əldə etmiş olsaq belə nəticəni xarici faktorlarımızla əlaqələndirmiş oluruq. Bu zaman isə insanda qapalılıq yaranmış olur, insan özünə qapanır.
Unutmayın ki bizim bütün düşüncələrimiz material xarakter daşımaqdadır.
Ona görə: Əgər siz inanırsınızsa siz İNSANSINIZ,Əgər siz bilirsiniz ki, Siz dünyanın ən gözəl qadınısız, Əgər siz sözün əsl mənasında Kişinizsə, bu zaman həm görkəm, həm davramış və nəticə olaraq sizin bütün qüvvəniz daxili vəziyyətinizə yönəlmiş olacaq. Kim ki, özünü alçalmış hiss edir və özünə yetərincə qiymət verə bilmir, həyatını başqaları tərəfindən dəyərləndirilməyə buraxmasın. Çıxış yolu hər zaman vardır….ÖZÜNÜZƏ DƏYƏR VERİN….