Sənsizəm….Ürəyim titrək şama bənzəyir.Darıxıram…Darıxıram məni xoşbəxt edən gözlərin üçün.Darıxıram gülüşün səsin üçün.Darıxdırır məni yoxluğun.Həyatda sevgi dunyasında yaşamağı,sevib-sevilməyi səndən öyrəndim.səninlə həyatımızın ən gözəl günlərini yaşadıq.Sevginin şirinliyini daddıq sonu acı olsada.Bütün bu gözəllikləri mənə yaşatdırdığın üçün sağ ol.Səni ayrılmaq üçün sevməmişdim….
Xəyallara dalıram.Bəylik paltarında.Əlimdə sənin üzüyün.Yanımda sən və sevdiyin gəlinliklə.Sevinclə bir-birmizə baxaq illərin həsrəti kimi.Qəlbimizi titrədək toy gününün səs küyü kimi.
İllər keçəcək bəlkə də bu keçən illər məni sənə unutduracaq.Bəlkədə nə vaxtsa yadına duşəcəm.Nə vaxtsa yadəna duşərəmsə SEVGİLİ kimi yox adi bir DOST kimi yada salarsan.Əvvəllər mənim kimi bir dostun olduğunu xatırlayarsan.Bəlkə o vaxt məni anlayarsan.Bəlkə də mənsiz darıxarsan.Yenə də əvvəlki günlərə qayıtmaq istəyərsən.Bəlkə də qucağındakı körpənə danışacaqsan dərdini.Yazdığım bu sözlər son təsəlimdi.Çalış məni unut.Özunə yaxşı bax.Bu meəim səndən son xahişim.XOŞBƏXT OL.Bu iəe mənim ən böyük arzum.Sən mənim ilk və son sevgim yaşamış olduğum ən gözəl insan olaraq qalacaqsan.
Həmişə oturduğumuz yerdə oturub nə xəyallar qurduğumu yada salıram.Heç o xəyallar da mənim olmadı.Keçdiyimiz yollardan keçirəm.Sanki yollarda sənin yolunu gözləyir.Bilmirəm bu sözləri oxuyanda nə fikrləşirsən.Bilmirəm bəlkədə gözlərin dolacaq.Bəlkədə ağlamaq istəyəcəksən.Amma ki ağlama qıymaram sənə ağlamağənə.Bilmirəm bu sözləri yazmağımın bir mənası olub olmadığını .Yazıram ki nə vaxtsa biləsən qəlbimdə belə sözlər olduğunu.Aramızdakı yollar nə qədər uzun olursa olsun hər yerə yazdım sevgimi hansı yoldan keçsən oxuyacaqsan sənə olan sevgimi.
Hərdən keçən gunlərimizi yada salıb ozumə təsəlli verirəm.Sevgin,həyatımda buraxdığın izlər,məni dünyanın ən xoşbəxti edən o anlar mənimlə qaldı……