Bu həftənin cümə günü yüz ildə bir olacaq hadisə yaşanacaq. Belə ki, həmin gün həm ayın tarixi, həm də saat 11 rəqəmindən ibarət olacaq. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bəzi metafiziklər, münəccimlər, falçılar, gizli güclərə inananlar bu gündən qeyri-adi gözləntiləri olduqlarını deyiblər. Minlərlə insan 11.11.11 tarixində toplanaraq müxtəlif ayinlər yerinə yetirəcək, rəqslər edəcəklər. 

Özünü “Solara” adlandıran perulu rəqəm mütəxəssisi 11.11.11 günündə Yerdə dəyişiklər olacağını gördüyünü deyib. 

11-ci ayın 11-ci günü üçün internetdə də bəzi maraqlı məlumatlar yayılmağa başlayıb. ANS PRESS onlardan bəzilərini öz oxucularına təqdim edir. 

– 11 sentyabr hücumu iki “1” rəqəmini xatırladan Əkiz qüllələrə edilib. Hətta binaya toqquşan ilk təyyarənin nömrəsi belə 11 olub. 
– 11-ci yüzildə yaşayan irlandiyalı Baş yepiskop Saint Malachi adlı münəccim qiyamətdən öncə 112 Papanın olacağını demişdi. Hazırda Papa vəzifələrini yerinə yetirən XVI Benedikt 111-cidir. 
– 1-ci Dünya müharibəsində atəşkəs haqqında razılıq 11.11.1918-ci ildə saat 11-də imzalanıb.