Məhəmməd Baqir əleyhissalam buyurdu ki: “BU İŞİN SAHİBİNDƏ (MEHDİDƏ) YUSİFƏ BİR BƏNZƏRLİK VARDIR.” 

(Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 189) (“Bu işin sahibi” yəni, vəlayətin sahibi deməkdir. Bütün imamlarımız vəlayət sahibidir. Bununla birlikdə adı çəkilən hədislərimizdə keçən vəlayətin sahibi yalnız on ikinci imamımız Hz. Mehdi əleyhissalamdır.

“Əbu Basar deyir ki: İmam Məhəmməd Baqir Əleyhissalamın belə buyurduğunu eşitdim: “Bu QEYBƏTİN (MEHDİNİN) SAHİBİNDƏ DÖRD PEYĞƏMBƏRİN SÜNNƏSİ VARDIR:.. Dedim ki:”HZ. YUSUFUN SÜNNƏSİ NƏDİR?” BUYURDU Kİ: “ZİNDAN VƏ QEYB.”… 

(Şeyx Məhəmməd b.İbrahimi Numanı, Gaybeti Numanı s. 190)

… SONRA HZ. MEHDİ ƏLEYHİSSALAM
HZ. YUSİFƏ BƏNZƏYİBvə onun xalqı gördüyünü , amma xalqın onu görə bilmədiyini və Hz. Əlinin də buyurduğu kimi göydən səs eşidilənə qədər onun görsənməyəcəyi qətidir.

(Şeyx Məhəmməd b.İbrahimi Numanı, Gaybeti Numanı s. 167)
Peyğəmbərimizin (səv) hədislərində, Quranın Yusif hekayəsində izah edilən Hz. Yusifin həyatı ilə Hz. Mehdinin həyatı arasında çox böyük bənzərliklər olduğu xəbər verilmişdir. Peyğəmbərimizin (səv) verdiyi bu məlumata uyğun Quran ayələrinə baxanda Hz. Mehdi ilə əlaqədar hədislərdə çox hadisələrin oxşar olduğu görsənir (Ən doğrusunu Allah bilər).


Hz. Yusif Yaşadığı Dövrün Mehdisidir.

Allah Quranda hər dövrdə insanlar üçün”hidayətə yönəldən bir elçi” göndərdiyini bildirmişdir. Bütün peyğəmbərlərin hidayət ilə göndərildiyi, hidayətə çatdıran, vəsilə olan kəslər olduğuna görə hər peyğəmbər bir Mehdidir. “Hz. Yusif də yaşadığı dövrün Mehdisi”dir. Görünür ki, axır zamanda ortaya çıxacaq olan Hz. Mehdinin həyatı ilə Hz. Yusifin həyatı arasında böyük bənzərliklər olacaqdır.

Hz. Yusif Kimi Hz. Mehdiyə də Allah Qatından Xüsusi Elm Və Hikmət Verilmişdir

Quranda Hz. Yusifə Allah Qatından xüsusi elm və hikmət verildiyi bildirilir:

“(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək…” (Yusuf Surəsi, 6)

“…həm də ona yuxu yozmağı öyrətdik…” (Yusuf Surəsi, 21) 
“(Yusif gəncliyinin) ən yetkin dövründə (18, 21, 30 yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!” (Yusuf Surəsi, 22)