Heç bir qadın nə zamansa bunun öz başına gələcəyini düşünməz. Amma bir gün qarşınıza elə biri çıxar, elə xoşbəxt olarsınız ki, hər şeyi gözə almağa qərar verərsiniz. Lakin əgər seçdiyiniz şəxsin əvvəlki evliliyindən bir və ya bir neçə uşağı olsa nə edərsiniz? Bu, həqiqətən ciddi mövzudur və bu barədə düşünmək gərəkdir.

Bir çox qadının həyatdakı ən böyük məqsədi xoşbəxt ailə qurmaqdır. Bu mərhələdə seçimlərimiz bizə aid olan ev, həyat yoldaşı və bizim dünyaya gətirdiyimiz övladımızdır. Amma həyat qarşımıza çox fərqli sürprizlər çıxara bilər. Sevdiyimiz adamın bizdən əvvəl evliliyi və o evlilikdən doğulan uşaqları ola bilər.
Bu nöqtədə qadın olaraq sizdən çox şey gözlənilir: maraq, anlayış, səbir, sevgi və təcrübə. Bunların hamısını reallaşdırmaq isə vaxt aparır. Bir qadın olaraq, indiyə qədər heç bir ünsiyyətiniz olmayan uşaqla bir evdə yaşamaq, onu tanımaq, dözümlülük göstərmək və onunla ünsiyyət qurmaq üçün sizin üzərinizə çox iş düşür. 
Uşaqların dünyasında sürətli dəyişən və ani olaraq inkişaf edən hadisələr bir az çətin qəbul edilir. Onlar alışdıqları və mənimsədikləri mühit və şəxslərlə olduqları zaman özlərini еtibarlı əllərdə hiss edirlər. Uşaqlar həyatının qalan hissəsində həmişə onların yanında olacaq, lakin daha əvvəlki illərdə əhatəsində olan insanların arasında olmayan birini qəbul etməkdə çətinlik çəkirlər.Bunu özünüzdə də sınaya bilərsiniz. Yetkin şəxs kimi həyatın fərqli sahələrində fərqli şəxsləri tanımağınıza baxmayaraq, ailənizə yeni daxil olan birinə qarşı hər zaman bir az daha fərqli hərəkət edərsiniz. Ögey ana olmaq cəmiyyətin gözündə belə mənfi bir qiymətləndirməyə səbəb olur. Buna görə də əvvəldən vəziyyəti qəbul etmək, zaman içərisində hər şeyin qaydaya düşəcəyini düşünmək və səbir göstərmək şərtdir. Həyat yoldaşınızla uşağı haqda danışarkən diqqətli olmalısınız.