Uşaqlıqdan valideynlərimizdən yalan danışmağın pis olduğunu daim eşitmişik. Amma buna baxmayaraq, bəzən məcburiyyət qarşısında qalanda insanlar yalan danışmağa məcbur olur. Əgər bu dövlət sirridirsə, onda həqiqəti danışmaq böyük bəlalara gətirə bilər. Kriminal bir hadisə baş verərsə, onda həqiqəti mütləq demək lazımdır ki, günahsız insanlar ziyan çəkməsin.
BBC-nin verdiyi məlumata görə, britaniyalı mütəxəssislər danışan insanın üzünün ifadəsindən istifadə edərək yalanı təyin edən sistem yaradıblar. Bu sistem kamera ilə təchiz olunub. 
Yeni sistem Bredford universitetinin professoru Həsən Yuqaylanın rəhbərlik etdiyi ixtiraçı qrup tərəfindən yaradılmışdır. Müəlliflərin sözlərinə görə, sistem hal-hazırda 60% yalanı təyin edə bilir.
Sistemin əsasını videokamera, yüksək icazəli infraqırmızı sensor və xüsusi proqram təşkil edir. Yeni ixtira xüsusi dövlət orqanlarına və mühafizə servislərinə çox yardım edə bilər.

Hələ ki sistem könüllülərlə sınanılıb, ancaq tezliklə Britaniya aeroportların birində quraşdırıla bilər. Tədqiqatçılar fikrincə, bu sistemin yalanın ayırd etmə effektivliyi 90%-ə qədər ola bilər.