“Çətinlik” – bizim kim olduğumuzu müəyyən etmək üçün yaradılmış qədim vasitələrdən birinin adıdır.

Mən içində ruh olan bədən deyiləm. Mən görünən tərəfi bədən adlandırılan ruham.
Eşq ram edilməz qüvvədir. Onu idarə etmək istəyəndə, məhv oluruq. Həbs etmək istəsək, onun əsirinə çevrilirik. Onu anlamağa çalışanda isə, ağlımızı itiririk.
Tale həmişə ikinci imkan və bəxşişlər vermir, ona görə ən yaxşısı elə təqdim edilən kimi qəbul etməkdir.
Demək olar ki, heç zaman özümüzə hazırkı anın xoşbəxtlik daşıdığını anlamağa imkan vermirik.
Səbirsizlik heç vaxt yaxşı məsləhətçi deyil.
Bəzən insan, özü özündən gözləmədiyi halda, heç zaman ağlına gəlməmiş fikirlər söyləyir, ya da “bilmirəm niyə bunları deyirəm” sözləri ilə bitirdiyi məsləhətlər verir, hətta ilk baxışda mənasız görünə biləcək hərəkətlər də edir.
Təqsirini başa düşməyəni bağışlamaq su üzərində kitab yazmaq kimidir.
Həyatını digərlərinin həyatları ilə müqayisə etmə. Sənin onların nə əzablar çəkdiklərindən xəbərin yoxdu.
Səhvlərinə ağalıq elə, əks halda onlar sənin sahibin olacaq.
Əgər Tanrı sənə sənin qəlbinin dilində müraciət edirsə, yalnız sən Onun nə demək istədiyini anlaya bilərsən

Sevginin səbəbi yoxdur. Sevirlər, çünki… sevirlər

Bəlkə də Allah səhranı ona görə yaradıb ki, insan ağaclara baxanda gülümsəsin.