Bəzən bağladım ürəyimin qapılarını..
Kimsələr görməsin..Kimsələr girməsin..
Heç kim özünə yer etməsin deyə..

Həyatda Bir Mən..Bir Sən..
Birdə Ürəyim Var idi..

Bəzən Sahillərə Çizdim Ürəyimi..
Dalğalar Bir Gün Alıb Götürərmi Deyə.
Bəzən Heç Qorxmadım Alovlara Atdım..
Kül Olar..Yox Olar..Unudar Deyə.. 

Bəzən Boş Divarlara Yazdım..Soyuq Və Qaranlıq Divarlara..

Bəzən Paramparça Qırdım Ürəyimi..
Ama Hər Bir Parçasında Səni Yenə Çıxarmadım İçindən..
Bəzən Sadəcə Uzaqdan Baxmaqla Dayandım..Uzaq Qalmaq İstədim..
Ama Olmadı..Yenə Bacara bilmədim…
Bəzən Qaranlıqlarda Yalnızlığa Məhkum Ettim Onu..
Yalnızlığı Sevər..Alışar Bir Gün Bəlkə Deyə…

Bəzən Uzaq Yerlərə Göndərdim..Bəlkə Sahibini Tapar Deyə..
Bəlkə Səni Tapar Deyə..Amma Hər Dəfəsində…Yenə Yalnız idi.. 

Gedərkən Mənə Vermişdin Ürəyini..Gördüyün Kimi Heç Yola Getmədim
Onunla..Razılaşa bilmədik..Niyəsini İndi Anlayıram…
Anlayıram ki, Sən Olmadan Tək Başıma Bacarmıram..Əlimi Tut! 
Apar Məni Özünlə..Qəlbimi Oxu Baxışlarınla. Oxu, Anla Birləşdirək Düşüncələrimizi..
Xəyallarımızı Yaşayaraq Canladıraq Sevgimizdə…
İndi Hər Şeyi Çox Yaxşı Anlayıram,Heç Anlamadığım Qədər Yaxşı Anlayıram…
Sən Mənə Həyatı Öyrətdin,
Sən Mənə Sevməyi Öyrətdin, 

Sən Mənə Sevginin Sonsuzluğunu,Sevginin Gücünü Öyrətdin…
Və Sən Mənə Sevgini Yaşatmaqla,Onun İçində Gizlənən Xoşbəxtliyin Sirrini Öyrətdin…
İndi Sənin Sayəndə Hər Şeyi Çox Yaxşı Anlayıram…
Sənə Təşəkkür Edirəm,Mənə Şirin Duyğuları Yaşatdığın Üçün…