Tövbə – yəni peşman olub, günahdan geri qayıtmaqdır. Tövbə o zaman ki, həqiqi olar ki, canından gəlsin, bütün şəraitlərə malik olsun, işlətdiyi günahdan xəcalət çəksin, özünü Allah qarşısında xəcalətli hesab etsin və Allah Təalanın razılığını qazanmaq üçün olsun.

Qurani-Kərim buyurur:
“Naümid olmayın ki, Allah bütün günahları bağışlayar.
Çünki, O, çox bağışlayan və mehribandır”.

Bəzən insanlar günah işlədirlər. Əgər tövbə qapısı bağlı olarsa, əməlisaleh olmaq heç kimə nəsib olmaz. Ona görə də Allah tövbəni mənəvi dərdlərə dava, qəlb xəstəliklərinin əlacı, müxtəlif çirkinliklərdən pak olmaq qərar vermişdir. İnsan günaha batandan sonra pak ola bilsin. Xoşbəxt o insandır ki, bu rəhmət qapısına görə şükür edər və ondan istifadə edər.

İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Özünü təhlükəli bir səhrada gecə qaranlığında itirmiş və sonra tapmısan. Tövbə üçün lazım olan şey – günahdan peşman olmaq, gələcəkdə günah etməməyi qərara almaq, etdiklərini bərpa etməkdir. Yəni, əgər o günah haqqallahdırsa, namazı, orucu tərk etmək kimi … onların qəzasını yerinə yetirsin. Əgər insanların haqqıdırsa, onların razılığını qazansın. Hətta əgər qisas məsələsidirsə, özünü təslim etməlidir ki, ya qisas alsınlar, ya da bağışlasınlar”.
Bir nəfər Həzrət Əlinin (ə) hüzurunda demişdir: “Əstəğfirullah”.

Həzrət buyurub: “Anan əzana otursun. Bilisənmi ki, istiğfar nədir?”

Buyurur: “İstiğfar – yüksək alənin öndə gedənlərinin ali dərəcəsidir. İstiğfar üçün altı şey lazımdır:

1. Keçmişdən peşmançılıq.
2. Onu həmişəlik tərk etmək əzmi.
3. İnsanların haqqını vermək və öləndə pak ölmək ki, Allah ilə görümə biləsən.
4. Zay etdiyi hər bir vacibatı yerinə yetirmək.
5. Haramdan əmələ gələn ətini axirət qəmi ilə suya çevirmək,
belə ki, dərin sümüyə yapışsın. Sonra da bədənində ət əməl gəlsin.
6. İbadət rəhmətini bədəninizə dadızdırın. Necə ki, günahı 
dadızdırmışdınız.

Bu altı şey səndə olan zaman denən: Əstəğfirullah”.
Nəticədə həqiqi tövbə keçmişdə etdiyi günahlara görə peşman olmaq, gələcəkdə onu tərk etməyi qərara almaq və bu əzmi əldən verməmək, boynunda olan haqları ödəməkdir. O zaman ki, insan həqiqi tövbə edər, İslam alimlərinin fikrinə görə Allah tərəfindən qəbul olar. Allah nəinki tövbə vasitəsilə günahı aradan aparar, həm də onu həsənəyə çevirər.