Ağzı xeyir sözlüm, incimə məndən,
Yar yardan ayrılmaz, bülbül çəməndən.
Demə ki, düşmüşdür saçlarıma dən,
Ürək qocalmayır, ürəyim sənsən.
Mən qul olmamışam şöhrətə, ada,
Sənsiz yaşamayım bir gün dünyada.
Gözəllər, cananlar min-min olsa da,
Mənim bu dünyada mələyim sənsən.Könül heç doyarmı sən tək gözəldən,
Sən oldun qismətim hökmü-əzəldən.
Sağ olsun bu xeyir işi düzəldən,
Müqəddəs əməyim, diləyim, sənsən.

Yusifin, Vaqifin görüm var olsun!
Aybəniz hamıdan bəxtiyar olsun!
Yüz il də Vurğuna Xavər yar olsun!
Ən əziz sirdaşım, köməyim sənsən!