Müəllim Leyladan soruşur:
-Mən sənə bir,sonra daha 2 dələ versəm,səndə neçədənə olacaq?
-4 dələ
-Düz deyil,Diqqətlə qulaq as.Əvvəlcə 1 sonra isə 2 dələ neçədənə olacaq?
-4 dələ
Müəllimə bezir.
-Qızım ,sənə 1,sonra daha iki alma versəm,neçə alma olacaq?
-3 alma
-Afərin!Bəs bayaq ki, dələ neçə olacaq?
-4
-Niyə !?
-Çün ki,evdədə 1 dənə dələm var.
***
Polis Tofiqə deyir:
-Burada balıq tutmaq olmaz!
-Mən balıq tutmuram,soxulcana üzmək öyrədirəm.
***
Fərid Zoomağazada pişiyi görüb,satıcıdan soruşdu:
-Pişik neçyədi?
-Əlli manat
-Axı dünən 25 manat idi.
-O bu gün tutuquşunuda yeyib.
***
Blokun işığı yanmır.Balaca çiçək nənəsinin əlindən tutub pilləkənlərdən düşür.
Bu vaxt evinə qalxan qonşu Çiçəyi danışdırmaq istəyir.
-Mən burada yaşayıram.səndə ?
Balaca Çiçək qorxaraq qonşuya baxıb cavab verir.
-Yox , mən evdə yaşayıram!Burda yox!
***
Bir kişi restorana gəlir, konyak sifariş edir. Ofisiant gətirir.
Kişi deyir:
– Indi başlayacaq.
Ikinci dəfə sifariş edir. Ofisiant gətirir.
Kişi deyir:
…- Indi başlayacaq…
Kişi yenə sifariş edir. Ofisiant gətirir.
Ofisiant soruşur:
– Sizin pulunuz var??
– Başladı….
***
Dəlixanada bir gün, bir dəli xəstə baxıcını yanına çağırar. Mənə tez 5 şüşə kola gətir deyir. Xəstə baxıcı buna hirslənir və xəstəyə beş yumruq vurur. Al kolalarını deyir. Aradan zaman keçdikdən sonra yenə eyni xəstə, baxıcını yenə çağırır. Bu səfər xəstə; xəstə baxıcını yumruqlayır. Baxıcı, nə olub? deyir. Xəstə cavab verir: – Şüşələri gətirdim.
***
Səhrada ölməkdə olan adam sürünür. Təsadüfən ordan cip keçir. Adamlar onu görüb köməyə çalışırlar: – Su, tez olun. Ona fincanda su gətirirlər. Can verən kişi gözlərini açıb güclə soruşur: – Qaynanmışdı?