24 yaşlı Rossana Manterola əri ilə şəhərdən kənarda yerləşən evlərində dincələn zaman gözlənilmədən onun sancıları başlayıb. Onun əri dərhal təcili yardıma zəng vurub. Yaxınlıqdakı xəstəxanadan ünvana çatmaq üçün ən azı 2 saat vaxt tələb olduğundan həkimlər hamilə qadının ərini Skype vasitəsilə xanımına necə kömək etməyə istiqamətləndirib. Həkimlər gəldikdə artıq qadın uşağı uğurla dünyaya gətirmişdi…

Cütlüyün tam sağlam doğulmuş oğlan uşağına Skype adı verəcəyi istisna olunmur.