Maraqlıdır.
Dünyanın ən böyük zənglərindən biri 1404-cü ildə Pekində qurulmuş zəngdir.
Onun ağırlığı 42 ton,uzunluğu isə 7 metrdir.
Ən bahalı minik maşınını ingilis firmalarından biri düzəltmişdir.
Bu maşının kabinəsində fırlanan oturacaqları olan televizor və qoz ağacından çarpayı vardır.

Dünyada ən böyük kinoekran Hollandiyada qurulmuşdur.
Onun ölçüsü 23 x 17 metrdir.

Dünyada iki bahalı marka vardır. Bunlardan birisi
göy Mavrikidir. Bunun qiyməti 25.000 dollardır.

Portuqaliyanın Port şəhərində tələbə Viktor Antunen 190 metr uzunluqda tort hazırlamışdır.
Tortun hazırlanmasına 40 saat və 1.350 kiloqram müxtəlif məhsullar sərf olunmuşdur.

Dünyada ən bahalı şəkil Leonardo da Vinçinin “Mona Liza” əsəridir(1503-1507).
ABŞ mütəxəssisləri bu şəklə 100.000.000 dollar qiymət vermişlər.

Dünyada ən bahalı kitab Amerika muzeylərinin birindən 200.000 dollara alınan Tövratdır.

Ən böyük kitab XVll əsrdə nəşr olunmuş və Berlin Dövlət Kitabxanasında saxlanılan
coğrafiya atlası sayılır.Bu cildin hündürlüyü 2 m,eni 1 metrdir.

Fransız mütəxəssisləri metal hissələrindən hazırlanmış 7,3 metr hündürlüyü və 6,2 metr diametri olan
dünyada ən böyük çələng hazırlamışlar.Çələngdə 20 növ çiçəkdən 4.000 çiçək, 2.000 budaq vardır.

Macar Yanoş və arvadı Sara dünyada ən uzun ailə həyatı sürmüşlər.
Onlar 147 il birgə yaşamışlar.Yanoş 172 il, Sara isə 164 il yaşamışdır.
Onlar vəfat edərkən ən kiçik uşaqlarının 116 yaşı vardı.

Ən bədbəxt qadın Almaniya sakini bir qadın olmuşdur,
onun iki dili olmasına baxmayaraq danışa bilməmişdir.

General Çeyte Bari Britaniya ordusunda 52 il xidmət etmişdir.
Ancaq öləndən sonra melum olub ki, o qadın imiş.

Dünyada mikrafon arxasında ən çox danışan amerikalı Riçard Berten olmuşdur: 96 saat.

Fransız Anri Bernes öz rəsmlərini saqqalı ile çəkir.
Bunun üçün o saqqalını 6 il qırxmamışdır.