Məktəblinin qarnı tox; Tələbəninki isə həmişə acdır…

Məktəbli evə gec getmeye çalışır; Tələbə qalmağa ev axtarır…

Məktəbli meyxana dinləyir; Tələbə rock dinləyir…

Məktəbli oxumasa güzəşt edərlər; Tələbə oxusa da etməzlər…

Məktəbli…: “Universitetə girə bilsəm hər şey həll olunacaq”; Tələbə “Bu universiteti bitirsəm canım qurtarar” deyir…

Məktəbli xəyallarının; Tələbə reallığın ardında…

Məktəbli bufetə gedir; Tələbə kafeyə…

Məktəbli sevginin nə olduğunu anlamır sevgi axtarır; Tələbə artıq sevgidən bezib dost axtarir…

Məktəbli həyatdan başım çixir, hər şeyi bilirem deyir; Tələbə dünya görüşünü artırmağa çalişir…

Məktəbli öyrənmək istəmir zorla öyrədirlər; Tələbə öyrənmək istəyir öyrətmirlər…

Məktəbli məktəbə zorla gedir; Tələbə kursdan kursa qaçır…

Məktəblilər yeni il şənliyi edir; Tələbələr party…

Məktəblilər bilyard oynayır; Tələbələr bowling…

Məktəbli formasından şikayət edir; Tələbə sabah nə geyinəcəyinin dərdini çəkir…

Məktəbli milyoner olacam; Tələbə  is tapsam deyir…

Məktəbli counterstrike oynayır; Tələbə playstation…

Məktəbli qanunları pozaraq (orda-burda siqaret çəkmək və.s ) yaşayır, Tələbə qanunsuzluqdan şikayət edir…