Hardasa 6-7 il bundan öncə  bir saytda oxudum. Hal hazirda sayt bağlanıbdır. Ancaq gözəl şeirlər var idi.
Bir oğlan Anası Vəfat edəndən sonra 2 kuplet şeir yazmışdı.
Deyilənlərə görə, oğlan bu şeiri yazandan sonra intihar etmişdi. Sonralar bu şeiri hər məclisdə dostlarıma dedim. Dostlarımda şairdilər.
Dedim ki, bəlkə birinin bu şeirdən xəbəri ola. Əsası hardan gəlib necə yaranıb. Doğrudanda Oğlan anasına həsr edib və intihar edibmi. Ama bir məlumat əldə edə bilmədim. Şeirin arxasın axtardım tapa bilmədim.

Ana

Günəş qurub etdi otaq qaraldı
Bir anda yox oldun bir xəyal kimi
İndi düşünürəm səndən nə qaldı
Könlümdə xatirən qara xal kimi

Məni boya-başa yetirdin ana
Yenə borclu bildim hər zaman səni
Sən məni dünyaya gətirdin ana
Mənsə yola saldım dünyadan səni