İnsanlar var – kitabxana kimi
Bu insanlardan hər şey öyrənmək olar və ən əsası əgər
səbrli olarsansa və səy göstərərsənsə özün üçün yeni şeylər kəşf edərsən.
İnsanlar var– labirint kimi
Onları tanımaq olmur, döngədə sizi nə gözlədiyini bilməzsiniz və əlaqələr sizi hara aparacağı
sizə naməlum qalar. Amma nəqədər müammalı olsalar, onları öyrənmək bir o qədər maraqlı olur.

İnsanlar var – yaşıl vadilər kimi
Onlarla bütün dərdini sərini unudursan, hər şey çox asan gəlir.
Yanında olanda rahatlayırsan və hər şeyi unudaraq dincəlirsən.

İnsanlar var – külək kimi
Bu gün burdadır, sabah başqa yerdə. Heç bir şey daimi və sabit deyil.
Maraqları tez tez deyişir və heç bir mövzu üzərində çox durmur.

İnsanlar var – atəşfəşan kimi
Onların xarakteri partlayıcı kimidir və daima bayram əhval-ruhiyyəsi bəxş edirlər insanlara.
Həyatı lazımınca yaşayır, daima əyləncələrdə olur. Onların loqosu həyatın dadını çıxart.

İnsanlar var – güllər kimi
Onlarla ehtiyatlı davranmaq, qorumaq lazımdı çünki onlar həssas və tez inciyəndirlər.
Bu incəliyin özünündə bir gözəlliyi var – onlar onların qayğısına qalmağa, əks tərəfi güclü hiss etməyə imkan verir.

İnsanlar var – qranit kimi
Onlarla daima əminlikdə olmaq olar, daima qoruma altında olarsan. Daima adama dayaq olarlar və ən çətin vəziyyətlərdə sizə kömək etməyə can atarlar.

İnsanlar var – uçurum kimi
Bilirsən ki, hər şey pis qurtaracaq amma yenə də ona doğru can atarsız.

İnsanlar var – brilliant kimi
Hər ona baxdığında bir şeylər aşkar edirsən, mənfi ya müsbət fərq etməz. Sadəcə olaraq onu öyrənirsən və bundan böyük zövq alırsan.