Özümə hirsliyəm çünki yaşadıqlarımdan heç bir zaman dərs almıram, məntiqimi heç bir vəziyyətdə ortaya qoymuram. Yalnız hisslərimlə hərəkət edirəm və ürəyimin istəkləri istiqamətində yaşayıram. Başqalarına sadə gələn davranışları, mən öz içimdə yaşayıram. “Cəhənnəm olsun”-deyə bilmirəm. Çənəmi tuta bilmirəm, gördüyüm səhvlərə qarışmadan dayana bilmirəm. Düsgün cümlələr qura bilmirəm başqaları kimi, idarə edə bilmirəm, ötürə bilmirəm heç bir şeyi. Düşündüklərimi, hiss etdiklərimi, xəyallarımı reallaşdırmıram. Hər gün həyatımda bir şeyi dəyişdirmək üçün özümə söz verib, səhər heç bir şeyə başlaya bilmirəm. Xəyallarımın, hədəflərimin arxasından qaçmıram, sonsuz bir dövrdə bir təkrarlananı yaşayıram. Doğrunu bilə-bilə bütün bildiklərimi inkar edirəm, səhv addımlar atıram , səhv, səhv, səhv. Həyata və özümə hirsliyəm, çünki hər vaxt istədiklərimi əldə edə bilmirəm, doğru yerdə doğru insanla ola bilmirəm. Mübarizə aparıram, döyüşürəm, əmək verirəm, bütün pisliklərə acıq ayaq üstdə dik qalmağa çalışıram. Amma heç ümid etmədiyim anda, heç ümid etmədiyim şeylər təqdim edir həyat mənə, qəbul edə bilmirəm. Uşaqlıqda danışılan nağılların, dinlədiyimiz nəsihələrin, məktəbdə öyrəndiklərimizin işə yaramamağını , izah edilən ilə yaşanılan arasındakı fərqi. Əslində həmişə yaxşıların qazana bilmədiyi gerçəyini, bir ayıbmış kimi bizdən gizləməyini və heç ümid etmədiyimiz anda üzümüzə vurmasını qəbul edə bilmirəm. İnsanlara hirsliyəm çünki əlindəkilərin dəyərini bilmirlər, keçmişə kədərlənməkdən, sabahı dərd etməkdən, bu günü bu anı yaşamaqdan qaçırlar. Bütün insani duyğuların korlaşmasına, yox olmasına, zamanın mənasızca, boş-boş şeylərə keçməsinə. Dedi-qodunun, aldatmanın, boş əlaqələrinin tüğyan etməyini səssizcə izləmələrini və heç bir şey etməmələrini qəbul edə bilmirəm. “Mənə toxunmayan qurd – quş min yaşasın”- ədası ilə həyata baxmalarını anlaya bilmirəm.
Və yorğunam, bütün yaşadıqlarımdan, yaşananlardan…