Bu slaydşou üçün JavaScript lazımdır.

Sən elə bilirdin inandım sənə?
İnansam daha çox dəyərdi mənə
Sənlə olandada bilirdim yenə
Əvvəldə Tək idim indi də təkəm

Bilmədim ağlıma necə salmışam
Sanırdım sevgimdə mən qazanmışam
Tək ömür başdayıb təkdə qalmışam
Əvvəldə Tək idim indi də təkəm

Özümü təkliklə yandırdım yaxtım
Dedim yəqin belə yazılıb baxdım
Sevgi axtarmağa olmadı vaxtım
Əvvəldə Tək idim indi də təkəm

Min can dəyən ilə tutub əl ələ
Dostda qohumda güc verib dilə
Hərə bir xoş sözü sovurdu yele
Əvvəldə Tək idim indi də təkəm

Hər kəs yaxşılığın çırpırdı başa
Məndə əl açmadım dosta qardaşa
Pis gündə belimi söykədim daşa
Əvvəldə Tək idim indi də təkəm

Hər doğan güneşi zülmət yaşadım
Görmədim bir qayğı diqqət yaşadım
Doğma diyarımı Qürbət yaşadım
Əvvəldə Tək idim indi də təkəm

Qaldırdəm minarəm yıxın insanlar
Min acın önündə tıxın insanlar
Sağımda solumda yaxın insanlar
Əvvəldə Tək idim indi də təkəm

Yadlar tərəfindən qəbrim qazılsın
Yazdığım gündəlik qanla pozulsun
Baş Daşım üstüne belə yazılsın
Əvvəldə tək idim indi də təkəm