İnsanın bilavasitə, ya da birbaşa ünsiyyətdə olduğu hər şey, gördüyü hər hadisə, eşitdiyi hər səs tamamilə insanın dünya həyatındakı “bütün” halındakı həyatının bir parçasıdır. Kainatda meydana gələn böyük, ya da kiçik hər hadisə bir hikmətlə reallaşır. Heç bir çiçək təsadüfi olaraq açmır, ya da təsadüfü olaraq solmur. Ya da heç bir insan təsadüfən doğulub, təsadüfən ölmür. Heç bir insan səhvən, ya da təsadüfən xəstələnmir. Əgər bir yaxşılıqla, ya da bir pisliklə qarşılaşırsa, bu heç bir zaman təsadüfi baş vermir. Hər birini, insanın yaradılışı ilə birlikdə, Allah xüsusi olaraq təyin etmişdir.
Allah Quranda,
“Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. ” (Ən’am Surəsi, 59)
ayəsiylə, torpağın, ya da okeanların kilometrlərlə dərinliklərində meydana gələn hadisələrdən tutmuş, tək bir yarpağın düşməsinə qədər kainatda meydana gələn hər hərəkətin təyin olunmuş bir qədər üzərinə reallaşdığını bildirmişdir.
Lakin insanların çoxu yaşadıqları qədərin hər anını Allahın yaratdığının şüurunda deyillər. Bəziləri necə yaradıldıqlarını, həyatları boyu qarşılarına çıxan bütün bu nemətlərin necə var olduğunu belə heç düşünməmişdir. Bəziləri isə həyatı və ölümü Allahın yaratdığını, ancaq həyatın ehtiva etdiyi detalların təsadüfi bir şəkildə baş verdiyini zənn edirlər.
Halbuki Quranda,
“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. ” (Hədid Surəsi, 22)
ayəsiylə, qarşılaşılan hər hadisəni, hər detalı Allahın xüsusi bir hikmət və ağıl ilə planlamış olduğu bildirilir.