Mənfi emosiyalı xəbərlər yaddaşa daha tez həkk olunur. 
ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərindən olan tədqiqatçılar belə qərara gəliblər ki,
təbii fəlakətlər, müharibələrin fotolarına baxarkən hadisələr daha tez yadda qalır.
Əslində yaddaş xoşagəlməz xatirələri tez unutmalıdır.
Lakin alimlərin könüllülər üzərində apardığı tədqiqatların nəticələri bunun tam
əksini göstərib. Tədqiqat zamanı alimlər bir neçə tələbə qrupu ilə işləyib.
Onlar əcnəbi dildə olan bir neçə söz və kəlmələri yadda saxlamalı idilər.

Tələbələrə test tapşırığından sonra mənfi emosiyalı fotolar göstərilib.
Maraqlıdır ki,neqativ emosiyalı rəsmlərə baxan tələbələr daha yaxşı nəticə göstərib.
Məsələ ondadır ki, beyin informasiyanı qəbul etdikdən sonra onu yadda saxlamağa çalışır.

Güclü həyəcan yaradan informasiya beyində daha da çox qalır.
Bununla bağlı aparılan digər tədqiqatların nəticələri də göstərib ki,
bəd xəbərlər yaddaşın möhkəmlənməsinə daha yaxşı kömək edir.