Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” yeni funksiyanın təqdimatını etdi. Saytın yaradıcısı və rəhbəri Mark Çukerberq yeniliyi “heyrət yaradacaqbir şey” kimi xarakterizə edib.“Facebook” nümayəndələri anonsun predmetini çox gizli saxlayırlar. Lakin hazırlanan xidmətlə bağlı şayiələr artıq internetə yol tapıb və ciddi müzakirə mövzusuna çevrilib. “TechCrunch” texnobloqunun məlumatına görə, çox güman ki, sosial şəbəkə videoçat funksiyasını təqdim etməyə hazırlaşır. Yeni xidmətin “Skype” internet-telefoniya xidməti ilə birgə hazırlandığı bildirilir.Amma bu versiyalardan yalnız biridir və “Facebook”un başqa yeniliyi təqdim edəcəyi də istisna deyil. Mark Çukerberq bildirib ki, layihəni Sietldəki ofisin əməkdaşları hazıralyıblar. “TechCrunch” isə yazır ki, “Facebook”un bu bölməsi mobil platformalarla məşğul olur. Bu baxımdan, yeni layihənin mobil əlavə ilə bağlılığı mümkündür.

Müxtəlif mənbələrin məlumatına görə, “TechCrunch” “Apple iPAD” planşet kompyuteri üçün xüsusi əlavə hazırlayıb. Lakin “TechCrunch” hesab edir ki, bu əlavənin bu gün istifadəyə verilməsi az inandırıcıdır.

Bundan başqa, sosial şəbəkə və kənar mütəxəssislər artıq bir neçə aydır ki, “Spartan” layihəsi üzərində işləyirlər. Bu layihə HTML5 veb-standartı əsasında mobil əlavəni özündə əks etdirir. Lakin “TechCrunch”un mənbələrinin məlumatına görə, bu layihə iyulun ortalarından tez hazır olmayacaq.

Yeni “heyratamiz layihə”yə namizədlərdən biri də “Facebook”un fotolarla işləmək üçün mobil əlavəsidir. Bu barədə informasiya da internetdə bir müddət əvvəl yayılıb.

“TechCrunch” məlumatına görə, iyunda “Facebook” istifadəsilərinin sayı 750 milyon nəfəri ötüb. İnvestorların hesablamalarına görə, şirkətin dəyəri 70 milyard dollara çatır.