Bu slaydşou üçün JavaScript lazımdır.

 İsrailin Qaliley dənizində yeni dünya rekordu vurulub. Polyak Maçiek Kozierski su üzərində bir neçə metr addımlayıb.
Bunun üçün o, dörd sutka məşq edib və sonda yeganə doğru qərarı qəbul edib.
Maçiek su kaytını bacardığı qədər sürətləndirib, sonra isə kaytdan suya atılaraq suyun üzərində qaçmağa başlayıb. O, bir neçə metrdən sonra suya batsa da, dünya rekordunu təzələyə bilib.

“Bunu hansısa hiyləgərlik, montaj və ya fəndgirlik olmadan etdiyim üçün xoşbəxtəm”, – Kozierski deyib.