ABŞ-dakı “Career Bliss” agentliyi «10 xoşbəxt peşə”nin adını açıqlayıb. İqtisadiyyatın müxtəlif sahələrində çalışan 200 min Amerikalı arasında kollektivdə qarşılıqlı münasibət, rəhbərliklə münasibət, əmək haqqı və karyeranın yüksəlişi perspektivləri, korporativ mədəniyyət və şirkətin reputasiyası məsələsi üzrə sorğu keçirilib. Bu kriteriyalar üzrə özlərini digərlərindən daha çox xoşbəxt sayan mütəxəssislər biotexnologiyalar sahəsində çalışanlar olub. İkinci yerdə müştərilərlə iş üzrə menecerlər və məktəb müəllimləri qərarlaşıb. Bu peşənin sahibləri öz zəhmətlərinin cəmiyyət üçün gərəkli oluğunu deyir. Mühasibatlıq, həmçinin alış-verişlə məşğul olan departamentlərin əməkdaşları da peşələrinə qarşı pozitiv emosiya sərgiləyirlər. “Özgə pullarını xərcləmək həmişə xoşdur”- deyən psixoloqlar pulla işləməkdən həzz alan maliyyə işçilərini də xoşbəxtlərin sırasına aid edirlər. 10 xoşbəxt peşənin sırasında yüksək əmək haqqı alan qeyri-kommersiya sosial təşkilatlarının əməkdaşlarıdır. Onlar gündəlik gördükləri işin hesabatı aparılmadığı üçün həyatlarından məmnundurlar. Səhiyyə sahəsinin işçiləri uğurlu peşə sahəsində 9-cu yerdə gəlir. Bu peşə sahibləri başqalarına kömək etdiklərinə görə, mənəvi cəhətdən məmnuniyyət hissi keçirirlər. Siyahının 10-cu pilləsində vəkillər və femidanın digər sahələri dayanır. Bu təbəqə maddi cəhətdən digərlərindən irəlidədir. Lakin, tədqiqat müəllifləri qeyd edirlər ki, pul xoşbəxtlik üçün hər şey demək deyil.