Balacaykən oynadığımız o əyləncəli oyunlar hələ də yadınızdadır, əminəm. Nə qədər də çox əylənərdik evçilik oyununu oynayarkən. Ən yaxın yoldaşın Evin bəyi olardı sən isə xanımı. Ya da sən bəy olardın yoldaşın isə evin xanımı. Heç döyüşmədən saatlarla və daha sonrasında günlərlə hətta illərcə oynadığımız o şirin kefli oyunlar… O oyunlar həyatımızdan bir parça idi və biz zamanla böyüdük. Hətta çoxumuz evləndik. Çox şey dəyişdi bəlkə də, hətta ən əhəmiyyətlisi biz dəyişdik, amma həyat dəyişmədi bilirsənmi? Biz eyni dünyada, eyni oksigeni sulayırıq yenə.Kiçik yaşlarda yaşadığımız çətinlikləri oyunun içindən sayardıq, çox vaxt görməzdik belə. Çünki biz uşaqkən yalnız öz məsuliyyətimizi boynuna götürmüşdük. Fərqində olmadan çox gözəl bir duyğuya sahibdik.

Böyüdük, böyüdük və o həyat, bizə fərqli bir həyat kimi gəlməyə başladı. İçindən çıxa bilmədiyimiz çətinliklər əldə etdik. Bu çətinliklərin həyatımıza girməsinə uşaqkən icazə verməyən bizlər, böyüyüncə nə oldusa gərəksiz hər şeyin ağılımızda yer etməsinə icazə verdik.

Həyat Bir Oyundur! Və bu oyunu fərq etdiyiniz müddətcə həyatınızda ki tarazlığı quracaqsınız. Xoşbəxtlik çöldə deyil tam əksinə ürəyinizin dərinliklərində gizlidir. Onu uzaqlarda axtarmayın. Həyatla döyüşmək yerinə, yenə uşaqkən etdiyiniz kimi həyatla yoldaş olun. Unutmayın! Siz həyatınızla yaxşı dolanmasanız, həyat sizinlə yoldaş olmayacaq. “Həyata düşmənimiz kimi baxsaq, qarşımızda bizdən daha güclü bir düşmən taparıq.”

Bizə zərər verən ən böyük düşmənimiz yenə biz özümüzük. Şüuraltınızı müsbət və müsbət enerjiylə doldurduğunuzda müsbət duyğuların gətirdiyi fərqi hiss edəcəksiniz. Həyatınızın idarəsini, yenə həyatı bir oyun kimi görərək ələ alın.

Unutmayın ki, siz çox xüsusisiniz. Əvvəl özünüz üçün, sonra da ətrafınız üçün qiymətlisiniz. Ətrafınızın sizə hər zaman ehtiyacı var…!