Hindistanın cənubundakı Karela əyalətində Sree Padmanabhasvami məbədində aparılan bərpa işləri zamanı 5 gizli otaq tapılıb. 
Məlumatlara görə, bu otaqlarda dəyəri təxminən 22 milyard dollar olan qızıl, gümüş və digər dəyərli daşlar var.
Bu məbəd 16-cı əsrdə Travancore Krallığı tərəfindən inşa olunub. Mühəndislər binanın bünövrəsini möhkəmləndirmək üçün məbədin alt qisminə eniblər və 5 gizli otaq da burada aşkarlanıb. Xəzinəni saymaq üçün 1 həftə lazımdır. Məbədin ətrafında güclü təhlükəsizlik tədbirləri görülüb.