Dünyanın ən çox istifadə edilən sosial şəbəkələrindən biri “Facebook” “Skype” xidməti ilə birgə möhtəşəm yenilik etmək niyyətindədir. Belə ki, “Facebook” və “Skype” videoçat funksiyasını reallaşdırmağı planlaşdırırlar.

Qeyd edək ki, bir müddət öncə “Facebook”un yaradıcısı Mark Sukerberq sosial şəbəkənin yeni “möhtəşəm” funksiyası haqda qısaca anons vermişdi. Lakin “Facebook”un yeniliyi haqda rəsmi açıqlama iyulun 6-da Sietlda keçiriləcək konfrans zamanı olacaq.

“Facebook” və “Skype” birgə layihələrinin reallaşdıra biləsələr, bu onların istifadəçilərinin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Hazırda 170 milyon şəxs “Skype”dan qeydiyyatdan keçib, 750 milyon nəfər isə “Facebook” istifadəçisidir.