“Youtube” dünyanın ən böyük video-paylaşım saytıdır. 2005-ci ilin fevralında Stiv Çen, Çad Hörli və Cayd Kərim (Jawed Karim) tərəfindən yaradılan bu internet səhifəsi hazırda 30-dan çox dildə fəaliyyət göstərir. “Youtube” haqqında bir neçə maraqlı faktı diqqətinə çatdırırıq. 

“Youtube”un qurulmasına səbəb məşhur şirkətin satılması olub. Belə ki, “PayPal” ödəmə sisteminin “eBay”a satılmasından sonra orada işləyən Stiv Çen, Çad Hörli və Ceyvd Kərim şirkətdən əldə etdikləri pulla “Youtube” saytını qurublar.

“Youtube.com” saytı fəaliyyətə başlayanda bir qarışıqlıq yaranmışdı. Belə ki, həmin vaxt fəaliyyət göstərən emal firması olan “Universal Tube and Rollform Equipment”ın saytı “utube.com” kimi fəaliyyət göstərirdi. Hər iki saytın “yutub” oxunması və yazılışlarının da çox oxşar olması emal firmasının rəhbəriliyini narahat edir. Onlar “Youtube” haqqında məhkəməyə şikayət edirlər. Məhkəmə isə bu şikayəti təmin etmir. Belə olan halda emal firması “utube.com” saytını “utubeonline.com” olaraq dəyişdirir.

“Youtube” saytına ilk video 23 aprel 2005-ci ildə Cayd Kərim tərəfindən yüklənib.

“Youtube” saytı 9 oktyabr 2006-cı ildə “Google” şirkəti tərəfindən 1.65 mlrd dollara alınıb.

2011-ci ildə “Youtube” saytından 490 milyon nəfər istifadə edib. Bu zaman ümumilikdə 92 milyard səhifəyə baxılıb. “Youtube”da ayda 2.9 milyard saat vaxt keçiririk.