İyulun 1-də Azərbaycanda “Facebook” şəbəkəsi istifadəçilərinin sayı 411 min 840 nəfər olub. Müqayisə üçün qeyd edək ki, iyunun 2-də bu göstərici 390 min 660, prelin əvvəllərində 355 min 640, martın 4-də 324 min 880, fevralın 1-də 312 min 720, yanvarın 4-də isə 279 min 100 nəfər olub.

“Facebakers”in versiyasında görə, son 3 ayda Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 86 min 960 nəfər və ya 26,77%, son bir ayda 21 min 180 nəfər və ya 5,42%, son iki həftədə 8 min 420 nəfər (2,09%), son bir həftədə isə 4,96% artıb.

Azərbaycan “Facebook” istifadəçilərinin sayına görə reytinqdə 95-ci (iyunun əvvəlində 94-cü, apreldə 96-cı, martın 4-də 96-cı, fevralın 1-də 94-cü) yerdədir. Azərbaycan bu göstərici ilə Belarus (103-cü yer), Qazaxıstan (104-cü yer), Latviya (105), Moldova (115), Ermənistan (119), Özbəkistan (139), Qırğızıstan (157), Tacikistan (181) və Türkmənistan (187) kimi ölkələri qabaqlayır.

“Facebook” istifadəçilərinin sayına görə dünya liderləri ABŞ (151 milyon 350 min 260 nəfər), İndoneziya (38 milyon 860 min. 460), Böyük Britaniya (29 milyon 880 min 860), Hindistan (29 milyon 475 min 740 ) və Türkiyədir (29 milyon 459 min 200).

Azərbaycanda əhalinin 4,96%-i, internet istifadəçilərinin isə 8,81%-i “Facebook”dan istifadə edir. Ölkəmizdəki “Facebook” istifadəçilərinin 46%-i 18-24 yaş, 25%-i 25-34, 11%-i 16-17, 7%-i 13-15, 6%-i 35-44, 3%-i 45-54, 1%-i isə 55-64 yaşında və 65 yaşdan yuxarıdır. “Facebook” istifadəçilərinin əksər hissəsi kişilərdir (64%).

Ümumilikdə isə dünyada “Facebook” istifadəçilərinin sayı 711 milyon 286 min 270 nəfərdir. Bir ay əvvəl bu göstərici 689 milyon 332 min 770 nəfər idi.