Bir kişinin sevgilisindən eşitmək istəmədiyi cümlələr vardır. Məsələn “Bazarlığa gedək?” və ya “atam kimi danışırsan.” cümlələri kişiləri dəli edir. 
İndi isə sizə sevgilinizin eşitməkdən qorxduğu cümlələri təqdim edim

1.Düşündüm…
Qızlar bu kəlmə ilə başlayan cümlə qururlarsa deməli söhbət ciddidir. Bu cümlə müxtəlif cür tamamlana bilər. Məsələn “Düşündüm ki niyə məni sevirsən?”, ya da “Heç gələcəyimizlə bağlı düşündünmü?”.

2.Adam kimi hərəkət et…
Kişiliyinizin sorğulanması kimi acı verən bir şey yoxdur hər halda. Onu utandırmaq üçün hər şeyi edə bilər və ya onun çox danışdığını deyə bilərsiniz.

3.Ailəm səninlə tanışmaq istəyir…
Bu kəlmənin iki mənası ola bilər:
1.İlişkini ciddi bir hala gəlib
2.Qızın ailəsi sizi yoxlamaq istəyir.
Tək edəcəyiniz şey qızın atasının kəsici alətləri olmaması üçün dua etmək.

4.Nə fikirləşirsən?…
Qadınlar maraqlanandırlar. Kişilərin hər şeyini bilmək istəyirlər. Ama kişilər özləri ilə bağlı hər şeyi deməyi xoşlamırlar, sakit durmağa üstnlük verərlər.

5.O qızdan xoşun gəldimi?…
Sizi yanınızdan keçən bir sarışına baxanda gördü. “Xoşuma gəlmədi” desəniz yalan danışdığınızı başa düşəcək. “ hə ama ağzı yekə idi” desəniz özünüzü bu haldan qurtara bilərsiniz.

6.Məndə bir dəyişiklik hiss etdin?…
Əgər fikir verməmisinizsə, başınız bəladadır.

7.Rəfiqəm evlənir…
Sadə bir cümlə kimi durur. Ama bunu deyəndə səsindəki hüzünü hiss etdinizmi? Bu nöqtədə əslində sizə “ Biz nə vaxt evlənəcəyiz “ deyə soruşmaq istəyir

8.Danışmağımız lazımdır…
Bu cümlənin arxasından əsal gözəl bir cümlə gəlməz. Bu kəlmələr söyləndiyində ilişkinizlə bağlı bir problem var deməkdir. Ya sizə ayrılmaq istədiyini deyəcək, ya da ilişkinizin onu təmin etmədiyi hissələrindən danışacaq.