Kanada ərazisinin ölçüsünə görə Rusiyadan sonra dünyada ikinci yeri tutur. Ölkənin ərazisi bir çox təbii zonalarla ( Arktika buzlaqları ndan tutmuş çöl lərə qədər) təmsil olunur. Relyefində düzənliklər üstünlük təşkil edir. Qərbində uzanan Kordilyer dağ sistemi insanların təsərrüfat fəaliyyətini çətinləşdirir. Lakin Kanadanın ABŞ-la sərhəd olması,tarixən ölkədə işgüzar insanların məskunlaşması və üç okean sularının onu əhatə etməsi ölkənin sürətlə inkişaf etməsinə səbəb olmuşdur.

Kanadanın ərazisi min illərlə müasir hindu və eskimosların soyları tərəfindən, 4 əsr öncə isə avropalılar tərəfindən məskunlaşmışdır. Müxtəlif ölkələrdən immiqrasiya prosesinin uzun müddət davam etməsi ölkə əhalisinin etnik tərkibinə ciddi təsir göstərmişdir.
İndi ölkədə əhalinin böyük hissəsini ingilis mənşəli (13 milyon nəfər) və Kvebek vilayətində məskunlaşan fransız mənşəli kanadalılar (9 milyon nəfər) təşkil edir. Digər etnik qruplar (almanlar, italyanlar, ukraynalılar, ruslar və b.) əhalinin 33 %-ni,yerli əhali isə 1.3 %-ni təşkil edir.
Əhali ölkə ərazisi üzrə qeyri-bərabər, başlıca olaraq ABŞ-la sərhəd boyunca daha sıx yerləşmişdir. Əhalinin 77 %-i şəhərlərdə yaşayır. İldə 30 min nəfərin Kanadaya immiqrasiya etməsi əhalinin artımına müsbət təsir göstərir. İri milyonçu şəhərləri Monreal,Toronto və Vankuverdir. Şimalda iri torpaq sahələri isə demək olar ki, mənimsənilməyib. Kanadanın həyatında bir çox şey güclü cənub qonşusu ABŞ-la münasibətlərlə müəyyənləşir. Dünyada bir–biri ilə ikitərəfli ticarət həcminə görə ABŞ və Kanada ilə rəqabətə girə biləcək başqa cüt ölkə yoxdur.
Kanadanın ABŞ və Meksika ilə birgə imzaladığı Şimali Amerika sazişi ölkədə ticarətin birdən –birə yüksəlişinə səbəb oldu. Amma bir çox problemlər həll olunmamış qaldı. Əsas narazılıq isə ABŞ-ın Kanada ixracatına mənfi təsir edən fəaliyyətidir – məsələn, Kanada meşəsinə olan tarif və Amerika fermerlərinə artan maddi yardım. Kanada ilə ABŞ arasında digər mübahisəyə səbəb isə ətraf mühitin çirklənməsidir. Sərhəd boyunca uzanan Amerika zavodları və Alyaskadakı neft sənayesi çirklənməyə əsas səbəb göstərilir. Xarici siyasət sferasında Kanada cənub qonşusundan fərqli kursdadır. Məsələn, Kanada ABŞ-ın elan etdiyi terrorla müharibə üçün öz qoşunlarından istifadə etmək qərarını verdi, amma onları İraqa göndərmədi. Kanada Amerikanın Kubaya qoyduğu ticarət embarqosunu da dəstəkləmir. 2001-ci il 11 sentyabr hadisəsindən sonra əsas aktual problem terrorçuların 9 min km uzunluqda olan Amerika-Kanada sərhəddindən keçə bilməsinin qarşısını almaq olub. Bu, hər iki dövləti daha aktiv informasiya mübadiləsi aparmağa şövq etdi. İmmiqrasiya Kanadaya dünyanın ən zəngin ölkələrindən biri olmağa kömək etdi. Millətlərarası konfliktlər bu ölkədə çox nadir hallarda olur. Miqrasiya siyasətini yumşaqlığından son zamanlar ölkəyə Asiyadan çoxlu mühacirlər gəlir. Kanadanın aborigenləri (yerli əhalisi) – hindu tayfaları əhalinin iki faizindən azını təşkil edir.
Yerli idarə orqanları ilə hindu xalqı arasında torpaqların və təbii resursların istifadəsi ilə bağlı səlahiyyətlərin müəyyənləşdirilməsi problemi artıq uzun illərdir ki, ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Daxili siyasətin əsas problemi isə Kvebek əyalətinin fransızdilli əhalisinin uzun illərdən bəri davam edən separatçı mövqeyidir. 1955-ci ildə bu problemlə bağlı keçirilən sonuncu referendumda Kvebekin tatmamilə müstəqil olmasını istəyənlər səslərin yarısından bir az toplayaraq məğlub oldular. Amma həmin vaxtdan ictimai fikrin sorğusu müstəqillik tərəfdarlarının azaldığını qeyd edir. 2003-cü ildə yerli seçki Kvebekin müstəqilliyinə çalışanların məğlubiyyəti ilə nəticələndi. Kvebekin orijinallığı mövzusu 2006-cı ilin sonunda daha da inkişaf etdi. Belə ki, parlament kvebeklilərin Kanadının tərkibində ayrı bir millət olduğunu müəyyənləşdirdi. Bu qərar, əsasən, simvolik xarakter daşıyır və ölkənin konstitusiyası və digər qanunlarında qeyd olunmayıb. Kanada son zamanlar Arktika ilə qeyri-dəqiq sərhədlə ayrılmış ərzilərdə hakimiyyət hüququ barədə daha aktiv bəyanatlar verir. Bununla yanaşı, ABŞ və Danimarka da bəzi rayonlara öz hüquqları olduqlarını irəli sürüblər. Geniş, lakin hələ tədqiq edilməmiş neft və qaz ehtiyatlarının kimə məxsus olacağı bu mübahisələrin nəticəsindən asılıdır.