1. Kim Sübh namazını qılsa mən ona kömək edər və behiştə apararam, kim Zöhr namazını qılsa Həzrəti Əli (ə) onu özü ilə behiştə aparar, kim əsr namazını qılsa Fatimeyi Zəhra (s.a) onu özü ilə behiştə aparar, kim Şam namazını qılsa Həzrəti Həsən (ə) onu özü ilə behiştə aparar, kim Xiftən namazını qılsa Həzrəti Hüseyn (ə) onu özü ilə behıştə aparar.

2. Namaz Dinin vacib əməllərindəndir.
3. Allahın razılığına səbəb olur.
4. Peyğəmbərin (s.a.a.) yoludur.
5. Mələklərin məhəbbətini cəlb edir.
6. Hidayət və imandır.
7. Mərifət nurudur.
8. Ruzunun bərəkətidir.
9. Bədənin rahatlığıdır
10. Şeytanın xoşuna gəlməyən əməldir.
11. Kafirlərin müqabilində cihatdır.
12. Duanın qəbul olunmasına səbəb olandır.
13. Əməllərin qəbul olmasıdır.
14. Möminin axirət azuqəsidir.
15. Ölüm mələyinin yanında şərafətdir.
16. İnsanın qəbr dostudur.
17. Qəbrdə insan ü.ün istirahətdir.
18. Nənkir və Mənkirin azuqəsidir.
19. Qiyamətdə bədənin tacıdır.
20. Müsəlmanın üzünün nurudur.
21. Atəşlə insan arasında pərdədir
22. Atəşlə insan arasında dəlildir.
23. İnsanın libasıdır
24. Cəhənnəmdən nicat vasitəsidir.
25. Sirat körpüsündən keçiddir.
26. Behiştin açarıdır.
27. Hurul-eyinin məhəbbətidir.
28. Behiştin qiymətidir.
29. İnsanın ən yüksək məqama çatdirandir.
30. Namazda Allaha təsbih, təhlil, təkbir, təcmid və təsdiq olunduğuna görə danışıq və duadır.