Amerika Alimlərinin Dediyinə Göre Çox Oturmaq Ölüm Riskini Artırır 


Çox oturan insanlarda ölüm riski artır. Amerika Xərçəng Dərnəyi günün çox hissəsini oturaq keçirən insanlar üçün həyəcan təbili çalır. Amerikada aparılan araşdırma günün 6 saatından artığını oturaq keçirən insanlarda ölüm riskinin 20-40 faiz artıq olduğunu üzə çıxarıb. 

Amerika Xərçəng Dərnəyinin mütəxəssislərinin hesablamalarına görə, gündə 6 saatdan çox oturan qadınlarda, gündə 3 saat oturanlara nisbətən ölüm riski 40 faiz çoxdur. Eyni vəziyyətdəki kişilərdə isə təhlükə 20 faiz nisbətindədir.

Elm adamlarının sözlərinə görə, çox oturmaq ürək-damar xəstəlikləri, şəkər, depressiya və artıq çəki kimi problemlərə yol aça bilər. Bu da qeyri-sağlam həyat tərzi və tezləşən ölümün müjdəçisidir.