Mayın 5-də Yerevanın Eksperimental Novatorluq İncəsənət Mərkəzində türk fotoqrafı Attila Durakın sərgisi açılır. “ERBU – türk mədəniyyəti müxtəlifliyinin inikası” sərlövhəli sərgi bir ay davam edəcək.

“Sərgi dünyanın 26 ölkəsində nümayiş etdirilib. Lakin Yerevanda keçiriləcək sərginin əhəmiyyəti daha böyükdür. Bu sərgi bizim bir-birimizi tanımağımıza xidmət edəcək”, deyir fotoqraf.

Layihə 2000-ci ildə başlayıb. Müəllif öz şəxsi avtomaşını ilə Anadolunu dolaşıb: “Bu şəkillərdə təsvir olunan insanların həyatını bölüşərək, toylarında şadlanaraq, yaslarında ağlayaraq, onların həyatını sizlərə çatdirmaq istədim”.

Attila öz fotoşəkillərində Türkiyədə yaşayan 44 etnik qrupun nümayəndələrini təsvir edir. Anadoluda 6 il gəzib-dolaşdım və “36 dildə danışan bir ölkəyə malik olduğumu anladım” – deyir.