Buna görə sevmirəm VİDALARı...
Vidalaşmaq asandır..
‘Hər şey gözəl idi səninlə başlayar..
Özünə yaxşı bax və hələliklə bitər..
Nə qədər uzatmaq istəsə də insan bu qədərdir..
Dildə bu qədər..
Halbuki gözlər.. Çox uzun danışar.. Əsl vidanı onlar edər..
Çox şey söyləyərlər..
Vida kimi deyil, daha çox ‘qal` demək istəyərlər..
Əllər sıxar özünü.. Tutmamaq üçün onunkiləri..
Bədəninsə sərtləşmişdir..
Sarılmaq istəyib sarıla bilməmiş kimi..
İşə yaramaz son nöqtə qoyular və gedər tərəflər..
Çətin olan bu deyil əslində..
Bütün o yaşanılanların yanında iki dəqiqə əlini sıxmışsan sarılmamaq üçün özünü tutmusan çoxmu çətin..?
Çətin olan sonrasıdır..
Vida sonrası..
Əvvəl ağlayarsan ayrılar ayrılmaz..
Sonra bir səssizlik çökər üstünə..
Ağılına bir-bir yaşadıqlarınız etdikləriniz gələr..
Girdiyiniz hər küçə deyilən hər söz canlanar bir-bir xəyalində..
Ardından bir ümid varsa qarşı tərəfdən yalvarmalar dön demələr başlayar..
Nəticə yoxsa yenə..
Ağlayarsan…
Sonra sonra başlar üsyanlar..
Niyə girdi həyatıma niyə..
Nifrət etdiyini sanarsan..
Buna inanarsan..
Amma sonra anlarsan səninki nifrət deyil gündən günə çoxalan bir sevgi və sən bu sevgini basdırmaq üçün özünü aldatmısan..
Sevirəm deməyə başlayarsan yenidən..
Uzaqdan sevmək buna deyərsən..
Əslində hələ dəli kimi istəyirsən onu..
Vida..
Belə çətindir vidalar…
Dildə asan dörd hərf həyatının romanını yazar sənə..
Buna görə sevmirəm VİDALARı…
Ölüm kimi sonraları…

Buna görə sevmirəm VİDALARı...
Niyə heç getməyəcəkmiş kimi sevərlər amma heç sevməmiş kimi gedərlər…?