Isveçrənin Stokholm Universitetinin əməkdaşları aydınlaşdırıblar ki, xanımları yalnız orta məktəbi bitirmiş kişilər daha erkən vəfat edirlər. Mütəxəssislərin fikrincə, belə bir paradoksu izah etmək çətin deyil: ali təhsilli xanımlar ailənin sağlamlığını daha yaxşı qorumağı bacarırlar. Maraqlıdır ki, belə bir xanımın uzunömürlüyünə həyat yoldaşının gəliri və sosial statusu da təsir göstərir. Xanımın da təhsili və sosial statusu kişinin uzunömürlüyünə təsir edir. Təhsilin olmaması xanımın uzunömürlüyünə də mənfi təsir göstərir.

Alimlər deyirlər ki, ali təhsilli isveçrəli xanımlar ailələrini daha sağlam ərzaq məhsullarıyla qidalandırırlar və həyat yoldaşlarının və uşaqlarının sağlamlıqlarına daha yaxşı diqqət yetirirlər. Bundan başqa, onlar daha keyfiyyətli tibbi yardım alırlar və sağlamlıqlarına müsbət təsir göstərir.
Yeri gəlmişkən, insan intellektilə uzunömürlük arasında əlaqənin aşkar edilməsi barədə məlumatlar da yayılır. Helsinki Universitetinin alimləri təsdiqləyirlər ki, intellekt səviyyəsi yüksək olan uşaqlar daha çox yaşayırlar. Alimlərin məlumatlarına görə, uşaq yaşlarında intellekt səviyyəsi aşağı olmuş şəxslər daha ağıllı həmyaşıdlarından iki dəfə tez vəfat edirlər.