Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədi ilə bu gün helikopterlər və qırıcı təyyarələr ölkə səmasında manevrlər ediblər.

SalamNews-un məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələri və 20-yə yaxın Mi-8 və Mi-24 markalı vertolyot helikopteri Xəzər dənizinin üzərində müxtəlif manevrlər göstəriblər.

Xatırladaq ki, Azərbaycanda 26 iyun – Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə hərbi parad keçiriləcəyi nəzərdə tutulub.