ƏYLƏNCƏ
Qəruibədir, özünü müsəlman adlandıran bəzi şəxslər hər gün izlədikləri futbol yarışının uzanmasından zövq alır, lakin həftədə bir dəfə iştirak etdiyi cümə namazının bir neçə dəqiqə uzanmasından narahat olurlar.

NAMAZ
Qəribədir, özünü müsəlman adlandıran bəzi şəxslər namaz qılarkən dünyəvi işləri xatərlayar və namazın haradan başlayıb harada qurtardığının fərqinə varmır, ıakin adı halda din və imanı düşünmürlər.

İBADƏT
Qəribədir, özünü müsəlman adlandıran bəzi şəxslər ömrünün bir saatını məsciddə ibadəti sərf etməyi özünə çox görür, lakin saatlarla davam edən və onu günaha sövq edən eyləncələrdən ləzzət alırlar.

SƏDƏQƏ
Qəribədir, özünü müsəlman adlandıran bəzi şəxslər bir manat sədəqə verdikdə bunu özlərinə çox bilir, lakin lazım olmayan məişət əşyalarına min manat xərcləməkdən çəkinmirlər.

DEDİ-QODU
Qəribədir, özünü müsəlman adlandıran bəzi şəxslər etdikləri dedi-qoduya dərhal inanır, lakin doğru bildiyi hər şeyi qəbul etməkdən inad edirlər.

CƏNNƏT
Qəribədir, özünü müsəlman adlandıran bəzi şəxslər Cənnətə düşmək istəyir, lakin bunun üçün heç bir iş görmürlər. Cənnət ucuz deyil! Elə deyil?

ZİKR
Qəribədir, özünü müsəlman adlandıran bəzi şəxslər Allahı zikr etmək üçün on dəqiqəni çox bilir, lakin saatlarla film seyr etməkdən əsla yolurlmurlar.

QURAN
Qəribədir, özünü müsəlman adlandıran bəzi şəxslər bir ayə və bir surəni əzbərləmək çətin gəlir, lakin həftənin son 10 yaxşı musiqisini əzbər bilirlər.

ƏYLƏNCƏ
Qəribədir, özünü müsəlman adlandıran bəzi şəxslər konsetdə birinci sırada oturmağa can atır, lakin camaat namazlarında tez çıxıb getmək üçün son sıralarda dururlar.

TOPLANTI 
Qəribədir, özünü müsəlman adlandıran bəzi şəxslər dəvət olunduqları İslamı toplantılara vaxt tapmır, lakin bütün günahları özündə cəm edən toy mərasimlərinə günün 3-4 saatını sərf edə bilirlər.

MÜTAİLƏ
Qəribədir, özünü müsəlman adlandıran bəzi şəxslər bir Quran surəsini oxumaqda çətinlik çəkir, lakin böyük bir romanı asanlıqla oxuyurlar.