1 müəllim təlebəyə sual verir: əgər qarşına 1az ağıl – 1küp qızıl çıxsa hansını götürərsən?
Oğlan: qızılı götürərəm
müəllim: mən olsam ağıllı götürərdim
oğlan: hee kimin nəyə ehtiyyacı var onu götürər 

Bir az gülək

Arvadını çox seven bir kişinin duası:Allahım,onun başı ağrımasın,menim başım agrısın.O üzülmesin,men üzülüm.Onun canı sıxılmasın,menim canım sıxılsın.Genc yaşda dul qalmasın,men qalım

Bir az gülək

Yol polisi bir maşını saxlayır və sürücüyə deyir:
-sizi təbrik edirəm, bu günkü yoxlamamız ərzində təhlükəsizlik kəmərindən istifadə edən ilk sürücüsünüz və buna görə də sizə 3000 manat pul hədiyyə edirik. Bəs bu pulnan nə etmək fikrindəsiniz ?
Sürücü deyir: çox təşşəkür edirəm. Mən bu pulnan əvvəlcə özümə prava alacam. …
Polis təəcüblə soruşur : Necə ? Sizin pravanız yoxdu ?
Sürücünün yanında oturan arvadı isə: “cənab polis, siz ərimə fikir verməyin, o içəndə həmişə belə deyir “.
Polis çaşqınlıqla soruşur : necə ? siz içkilisiniz ?
Bu zaman arxada oturan daha 1 nəfər sürücüyə deyir : “ mən sizə dedim axı oğurluq maşınla gəzməyə getməyək yoxsa problemimiz olar.”
Bunu eşidən polis dəli olur və yenə soruşur : necə ? maşın oğurluqdu ?
Bu vaxt maşının baqajından axtarışda olan cianyətkar bir nəfər çıxıb deyir: “ ayə qağa, nə oldu post qayını keçmədik? laughing

Bir az gülək

İki çukça Şimal Buzlu Okeanının sahilində. Biri o birinə deyir:
– İstəyirsən sənə siyasi lətifə danışım?
– Yox, danışma. Eşidən olar, bizi harasa sürgün edərlər.

Bir az gülək

Oğlum, sabah sənin 5 yaşın tamam olur. Gözəl bir tort bişirəcəyəm üztünə də 5 dənə şam qoyacağam
– Ana, yaxşı olar ki, 5 dənə tort bişirəsən üstünə də bir şam qoyasan

Bir az gülək

Bir gün həkim
uşaqdan soruşur,”sənin bir qulağını kəssəm nə olar?” uşaq cavab verir
“canım inciyər” həkim yenə deyir “bəs o biri qulağınıda kəssəm?”uşaq
cavab verir”o zaman görmərəm” həkim gülərək deyir”qulağın görməyə nə
adiyatı var?” uşaq “qulağımın ikisidə olmasa bəs eynəyin qulplarını hara taxacam?

Bir az gülək

Sənin bacın necə şən qızdır. Həmişə gülümsəyir.
-Ay qız, həkim protezinin razmerini qarışdırb. Dişləri ağzına böyükdür biraz.

Bir az gülək

Sarışın yanmış iki qulağıyla həkimə gedər. Doktor;
-”Qulaqlarına nə oldu?”. Sarışın;
-”Ütü edirdim və telefonuma zəng gəldi. Mən də telefon deyə ütünü qoydum qulağıma”. Doktor;
-”Bəs o biri qulağına nə oldu?”. Sarışın;
-” Lənətə gəlmiş təzədən zəng elədi”…

Bir az gülək

Qız nişanlısına deyir
– Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin nişan üzüyün.
Oğlan isə cavabında deyir
– Bəs qutusu hani?

Bir az gülək

Müəllim:
-Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
-Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
-Bu axı onu döyməyə bəhanə deyil.
-Axı biz hamımız ondan köçürmüşdük.