10 Nömrəli marşrut şoferlərini qınayıram!

Qanunu oyuncağa çevirən məmurları qınayıram!

Adi günlərində də toya gedirmiş kimi bəzənən tələbələri qınayıram!

Keyfiyyətsiz internətə görə bütün provayderləri qınayıram!

Ətrafa depressiya saçan,neqativ auralı adamları qınayıram!

“5 dəqiqəyə ordayam” deyib,amma yarım saata gəlib çıxmayan “punktual” azərbaycanlıları qınayıram!

Yalandan “bakirə olmayan qıza normal baxıram” deyib,amma evlənmək üçün “təmiz ev qızı” axtaran oğlanları qınayıram!

Yalnız ərə getmək üçün yaşayan qızları qınayıram!

Yolda gedə-gedə musiqi qoyub kənardakılara dinlətdirənləri qınayıram!

Qızları yalnız cinsi obyekt kimi görən oğlanları qınayıram!

Salam verən kimi “alassan məni?” sualını verən qızları qınayıram!

Ehtiras sözünü tərbiyəsiz söz və söyüş hesab edənləri qınayıram!

İl boyu vitrinlərə yalandan “Endirim” yazan mağaza sahiblərini qınayıram!

Dodağını büzüşdürüb qabağa gətirərək şəkil çəkdirən qızları qınayıram!

Bəzi məktəb direktorlarını qınayıram!

Əlində 1 manatlıq günəbaxan tumu bütün günü məhlənin qabağında oyan-buyana gedən Xalaları qınayıram!

Sevgilisi ilə öpüşərkən şəklini çəkib internetə verən oğlanları qınayıram!

Oğlan görüb ağzının suyunu axıdan qızları qınayıram!

P.S. Xəbəri Bəyənib Deməyənləri Qinayiram