“Saw” adlı qorxu filmi Ginnesin Rekordlar Kitabında yerini aldı!

Bütün dünyada 730 milyon dollar gəlir gətirən “Saw” (Mişar) adlı qorxu filmi “Dünyanın Ən Yaxşı Qorxu Filmi” olaraq Ginnesin Rekordlar Kitabında yerini aldı. Filmin prodüseri Mark Burg “Friday the 13th”, “Nightmare on Elm Street”, “Halloween” və “The Texas Chainsaw Massacre” kimi bir çox tanınmış qorxu filmlərini geridə buraxaraq “SAW”-ın dünyanın ən yaxşı qorxu filmi seçilməsinə heyrətləndiyini və sevindiyini bildirdi.

Kanada firması olan Lionsgate, 6 hissədən ibarət olan “Saw” filminin 30 milyondan çox DVD-nin satıldığını və bu sayı ilə bir çox qorxu filmini keçdiyini açıqladı. Prodüser Mark Burgun sözlərinə görə, Saw VII filmi 3D olaraq kinoteatrlarda olacaq.

Qeyd edək ki, gələcəkdə filmin növbəti seriyalarının çəkiləcəyi şübhə doğurmur. Belə ki, filmin yaradıcı heyəti “Saw XII”-ə qədər film adının müəlliflik hüquqlarını indidən alıblar.

Maraqlısı budur ki, filmin hər bir seriyası 100 milyon dollardan artıq gəlir gətirməsinə baxmayaraq seriyaların heç birinin büdcəsi 11 milyon dollardan artıq olmayıb.
Məsələn, Saw 1-in büdcəsi cəmi 1 milyon dollar, Saw 2-in büdcəsi 4 milyon dollar, növbəti seriyaların hər birinə isə 10 milyon dollar xərclənib. Bu mənada ən bahalı Mişar filmi 7-ci seriya olacaq: original adının “Saw 3D” olacağı dəqiqləşən 7-ci seriyaya 17 milyon dollar vəsait xərclənəcək.
Qeyd edək ki, filmin ən yeni seriyası 29 oktyabr 2010-cu ildə ekranlara çıxacaq.