xəbər portalı “The Financial Times”ə istinadən bildirir ki, Aralıq dənizi regionundakı zəngin alıcıların tələbatı sayəsində Monako son üç ildə elitar mənzillərin hər kvadrat metrinin qiyməti baxımından dünya lideri mövqeyini qoruyur.

“Knight Frank” elitar daşınmaz əmlak şirkətinin ümümdüyna qiymət indeksinə görə, Monakodakı apartamentlərin hər kvadrat metrinin orta qiyməti 65500 dollar təşkil edir.
Ötən il Yaxın Şərqdən olan bir müştəri sahəsi 1600 kvadrat metr olan penthausu 240 milyon avroya alıb.

Reytinqdə ikinci yeri London tutur. Britaniyada elitar mənzil və evlərin kvadrat metrinin orta qiyməti 56300 dollardır.
5-ci yerdəki Parisdə bu qiymət 40500 dollara bərabərdir.