ICE satış müdiri Joanna Williams, tətil etmək niyyətində olanlara getmək istədikləri mərkəzdə qarşılaşacaqları gündəlik xərclərə fikir vermələrini məsləhət bilib. Williams, dondurma qiymətinin də çox yaxşı bir göstərici olduğunu vurğulayıb.

Araşdırmalara görə, ən ucuz dondurma Varna və Burqasda (Bolqarıstan) satılır. Burada dondurmanın qiyməti 0,67 AZN-dir. Riqada (Litva) isə müvafiq dondurmanın qiyməti 0,68 AZN, Dubrovnikdə (Xorvatiya) 0,82 AZN-dir.

Uzaq Şərqdəki turizm mərkəzlərindən olan Taylandda dondurmanın qiyməti 0,73 AZN-dir. Türkiyədəki dondurmanın qiyməti 1-1.5 AZN göstərilib. Dünyanın ən bahalı dondurmasının satıldığı Misirdə isə dondurmanın 1 kiloqramım qiyməti 7 AZN-ə çatır.

Avro bölgəsində – Berlində 0.96 AZN-ə ən keyfiyyətli dondurma yemək mümkündür. Amsterdamın turist mərkəzlərində isə sərinlədicinin qiyməti 2.15 AZN-dir. Parisdə dondurmaya ödənən pul 1.95 – 3.4 AZN arasında dəyişərkən, Praqadakı qiyməti 0.95 AZN-dir.

Şimal Amerikaya gəlindikdə isə Los Angelesdə bir dondurma 0.75 AZN-ə, Mayamidə 5.1 AZN-ə, New Yorkda isə 1.2 – 3.2 AZN-ə satılır. Torontoda sərinləmək istəyənlər dondurmaya 2.1 AZN-ə satılarkən, Kanadanın ən böyük şəhəri Vaughanda isə dondurmanın qiyməti 7.7 AZN-dir.

Qeyd edək ki, bu göstərilən qiymətlərin hamısı 1 kiloqram dondurmaya müvafiqdir. Bu qiymətləri və dondurmanın keyfiyyətlərini nəzərə alsaq, Azərbaycanla müqayisədə demək olar ki, ən bahalı dondurma ölkəmizdə satılır. Bizdə isə keyfiyyətli adıyla satılan dondurmanın 1 kiloqramının qiyməti 7-8 AZN-dir.