Virus nədir?Virus icra edilə bilən bir proqramdır, yəni kompüterinizin əməliyyat sistemində olan imkanlardan istifadə edən əmrlər ardıcıllığı. İlk kompüter virusları bir neçə sadə əməliyyatlardan ibarət idi, məsələn müəyyən bir şərti yoxlayan əməliyyat (məsələn tarix və ya vaxtı) və şərtdən asılı olaraq məlumatı ləğv edən (məsələn diski yenidən format edən) əməliyyat. 

İlk viruslardan bir çoxu özlərini digər fayllara köçürürdü və bu fayl və disket mübadiləsi zamanı müxtəlif kompüterləri yoluxmasına gətirirdi. Bu gün isə ən təhlükəli yoluxma üsulu İnternet vasitəsilə hesab olunur. Lakin erkən viruslardan fərqli olaraq, müasir viruslar sadəcə məlumatın silinməsi ilə kifayətlənmirlər: onlar sizin kompüterdə olan bütün elektron ünvanları tapıb, öz nüsxələrini sizin bütün tanışlarınıza yayacaqlar.

Ümumiyyətlə , ‘Virus’ bir termin olaraq sisteminizə zərər yetirən hər hansı proqram təminatını anlayışı verir. Yayılma mexanizmindən asılı olaraq, virusların hamısı ciddi təhlükə təşkil edir.

Viruslarda olan təhlükə ehtimalı bəzən real təhlükədən qat-qat böyük qələmə verilir. Bunun obyektiv səbəbləri və faydaları olsa da (istifadəçilərin ?həddən artıq? təhlükəsizlik meylinin faydası) bir sıra subyektiv səbəbləri də ola bilər. Məsələn sırf sınaq üçün yaranmış, və yalnız tədqiqat şəraitində mövcud olan bir sıra virusların qorxulu potensial ?əməlləri? dərhal ictimaiyyətə çatdırılır, və bu virtual təhlükədən istifadə edərək, antivirus istehsalçıları öz məhsullarını daha müvəffəqiyyətlə satmaq imkanı əldə edirlər.

Son zamanlar viruslar daha çox məlumat itkisi deyil sadəcə vaxt itkisinin səbəbinə çevrilməkdədirlər. Yəni, virus məlumata zərər yetirməsə də, normal işə mane olur və virusun təmizləməsinə müəyyən vaxt sərf olunmasını tələb edir. Bu cür viruslar, daha çox yeni, təcrübəsiz istifadəçilərin sistemlərini yoluxdurmaqdadır.

Viruslar yalnız zərərverici vasitə kimi istifadə edilmir. Bəziləri, virusların təhlükələrin müəyyən edilməsi və sistemlərin müdafiəsində böyük rolu olduğunu və ya ola biləcəyini söyləyir. Son zamanlar yayılmaqda olan şayiələrə əsasən, ABŞ-ın Federal Təhqiqatlar bürosu tərəfindən bu məqsədlə xüsusi virus dəsti yaradılıbdır

Virusların iş prinsipi

Virus faylları sizin kompüterə yalnız icra edilən fayllar ilə birlikdə daxil ola bilər. Mətn sənədləri, rəsmlər, arxivlər, cədvəllər və s. risk obyekti hesab oluna bilməz. Yeganə istisna, bir sıra ofis proqramlarının daxilindəki ssenarilərdir ki, bunlara ?makro-virus? deyilir (makroviruslar hal hazırda böyük təhlükə təşkil etmir, bu daha çox proqramların xətalarından irəli gələn problemlərdən qaynaqlanırdı).

Kompüter viruslarını, ümumiyyətlə 2 qrupda yığmaq mümkün: 

Fayllara bulaşan viruslar
Bu qrupa girənlər, ümumiyyətlə, istifadəçinin işlətdiyi proqramlara bulaşır. Proqramların viruslanması iki halda olar: Ya virus kodu kompüterin yaddaşına yerləşmişdir və hər proqram işlədiyində o proqrama bulaşır; ya da yaddaşa yerləşmədən yalnız “viruslu proqram hər işlədildiyində təsirini göstərə bilər. Ancaq, virusların çoxu özünü kompüterin yaddaşına yükləyir. 

– Kompüterin sistem sahələrinə bulaşan viruslar 

Bu qrupa girən viruslar isə, kompüterin ilk açıldığında nəzarət etdiyi xüsusi sistem sahələrinə (boot sector) və xüsusi sistem fayllarına (command.com kimi) yerləşərlər. 

Əsası viruslar isə hər iki şəkildə də zərər verə bilər. 

Bəzi viruslar, virus axtarış proqramları tərəfindən müəyyən olunmamaq üçün bəzi “gizlənmə” texnikaları istifadə edərlər (Stealth Virusları). Əsası növ viruslar isə, işlədildiyində özünə bənzər başqa viruslar çıxarar (Polymorphic viruslar).