Şəhərin varlı iş adamlarından birinin təşkil etdiyi ziyafət məclisində idik. Məclisə dəvət olunanlar arasında gənc bir universitet tələbəsi də varı. Gələnlər içərisində bir də fabrik sahibi vardı ki, çox sayəlan seçilən adamlardan idi və şəhər camaatı onu əliaçıq, xeyirxah bir adam kimi tanıyırdı.
Məclisdə oturduqları vaxt gənc tələbə əyilib yanındakı adamın qulağına dedi:
– Bu gün ürək ağrıdan bir hadisənin şahidi oldum. Bütün iştahım qaçdı.
Fabrik sahibi gəncin dediklərini eşitmişdi. Ona görə də hadisənin nədən ibarət olduğunu soruşdu. Həmin universitet tələbəsi də başladı bir-bir nəql eləməyə:
– Kiraçı olduğum evdə beş uşaqlı bir ailə yaşayır. Ailənin başçısı olduqca vicdanlı, namuslu və əxlaqlı bir adamdır. Kirəmitlərin qırıq-quruqlarını atıb yerinə təzələrini düzməklə birtəhər başını dolandırırdı. Bir neçə gün bundan əvvəl işləyən vaxt damdan yıxıldı və iki ayağının ikisi də birdən qırıldı. İndi artıq heç bir iş görə bilmir… Həyat yoldaşı zavallı qadın evin bütün ağırlığını götürdü öz çiyninə. Çalışır-vuruşur, bir yolla evi dolandıra bilirdi. Ancaq indi o da xəstədir.Qızdırmanın içində yanır. Özü də sayıqlayır. Uşaqları da qalıblar ortalıqda.
Bütün qonaqlar səssiz-səmirsiz bu gəncin dediklərinə diqqətlə qulaq vermişdilər. Eşidəndən sonra isə onların hamısının ürəyi ağrımış və o ailənin halına acımışdılar. Biri o birinə: “ Ah… aman… nə ağır dərddi… Həqiqətən, vəziyyətləri çox ağırdı… Dünyanın nə yaman pis üzü varmış” – deyirdi. Ancaq bir azdan sonra məclisdəkilər artıq başqa şeylərdən, teatrdan, iş həyatından danışmağa başladılar.
Fabrik sahibi ayağa qalxdı. Əlindəki bıçaqla tabağa yüngülcə vuraraq:
– Möhtərəm qonaqlar, mən bu yoxsul və zavallı ailənin dərdinə acımağın ifadəsi olararaq min manat verirəm, dedi və cibindən pulu çıxarıb stolun üstünə qoydu. Sonra isə əlavə elədi: 
– Siz də bu ailənin dərdinə acıdığınızı pul şəklində yardımınızla ifadə edin.
Stolun üstünə pullar yağmağa başladı. Hər gələn qonaq həmin bədbəxt ailənin halına yanmağını sadəcə sözlə deyil, stolun üstünə qoyduğu pulla da əyani şəkildə pulla da göstərirdi. Aradan çox keçmədi ki, fabrik sahibi həmin yoxsul ailə üçün yığılan neçə min manatı gənc oğlana uzatdı. 
Sözlə mərhəmətli olmağın elə bir böyük faydası və əhəmiyyəti yoxdur. Mərhəmətli olmağımızı həm işimizlə, həm də əməlimizlə göstərməyi bacarmalıyıq. Əsl mərhəmət duyğusu da buna deyərlər. 

Fikirlərinizi bildirməyi unutmayın…feel