Dünyada ilk dəfə olaraq günəş enerjisi ilə işləyən qatar xəttə çıxdı

Avropada günəş enerjisi ilə işləyən ilk qatar xəttə buraxılıb.Qatar Paris-Amsterdam marşrutu ilə hərəkət edir.

Dünyanın ilk “yaşıl qatar”ı üçün elektrik enerjisi Belçikanın şimalındakı dəmir yolu xətləri ətrafında 3,6 km-lik tuneldə yerləşdirilən günəş batareyaları ilə yaradılır. Ümumi sahəsi 50 min kv. metr olan 16 min batareya 3,3 min meqavat/saat elektrik enerjisi istehsal edir ki, bu da 1 min ev təsərrüfatının illik istehlak həcminə bərabərdir. Layihənin dəyəri 15,6 mln. avrodur.

Layihənin operatoru “Enfinity” şirkəti analoji dəmir yolu xətlərini gələcəkdə ABŞ-da da tikmək niyyətindədir

18