Bir gün Musa əleyhissalam bir kənddə var-dövləti və səxavəti ilə ad çıxarmış bir adama rast gəlir.Həmin şəxs də onu evinə dəvət edir.Oturub şirin söhbət edirlər.Söhbət əsnasında o deyir:
-malim-dövlətim başımdan aşır. Ozüm çox can atmasam da ALLAH Təala var-dövləti başımdan yağdırır.Qorxuram ki,bu nemetlərin şükrünü eləyə bilməyim. Həm də mal-dövlət o qədər çoxdur ki,bunlarla məşğul olmaqdan qorxuram ibadətə vaxtım çatmaya yəni bu var-dövlət mənimAllah-Təalaya olan şükrümü,ibadətimi azlda bilər.Mənə bir məsləhət verin,neyləyim ki,dövlətim getdikcə azalsın?
Həzrəti Musa deyir:
-sən belə elə yavan çörəyi əlinə al,küçədə gəzə-gəzə ye.
Adam Həzrəti Musanın bu təklifini qəbul edir.
Aradan bir xeyli keçir,yenə həzrəti Musanın yolu həmin kəndə düsür.Gəlib həmin adamı tapır.Vəziyyəti soruşur.Adam nə desə yaxsidir:
-siz mənə məsləhət verib getdikdən sonra mən də siz deyən kimi elədim.amma siz gələnə qədər Allah-Təalə mənə birə-bes verirdisə,siz getdikdən sonra birə-on verdi.Sizin məsləhətiniz mənim mal-dövlətimi azaltmadı,daha da artırdı.
Hz.MUSA deyir:
-Hələ bir göstər görüm sən necə gəzib,necə yeyirsən?
Adam gedib 1 ətəklik gətirir,onu səliqə ilə boynuna bağlayır,sonra əlinə çörəyi alıb yeyə-yeyə gəzməyə başlayır.Ağzının kənarlarından düşən qırıntılar ətəyin içində toplanır.Adam çörəyi yedikdən sonra ətəyinə tökülmüş qırıntıları da yığıb ağzına atır.Bu mənzərəni görən Hz.Musa ucadan gülür və deyir:
-Mən o məsləhəti verəndə düşündümki,sən çörəyi yeyəndə qırıntılar ətrafa dağılar və bununla da evin bərəkəti azalar.Evinin bərəkəti də sən çörəyin heç tozunu da itkiyə vermədiyin üçün artır da…
Fikirlərinizi bildirməyi unutmayın…feel