Bəsin deyilmi?
Bir-birinə vurulduğ, bir baxışdan bir zaman.
Nə qədər sevişirdik, söyləmirdik bir yalan.
Məgər o biz deyildik, bir-birindən həzz alan?!
Etdiyim min söhbətim, sənin bəsin deyilmi?
Bu qədər məhəbbətim, sənin bəsin deyilmi?
Bəsin deyilmi?
Dünya qədər mən səni, isdəyirdim, sevirdim.
Xoşbəxtliyimiz ücün mən, hədsiz xəyal edirdim.
Mənim həyat yoldaşım olacağını bilirdim.
Sənə olan niyyətim, sənin bəsin deyilmi?
Bu qədər məhəbbətim, sənin bəsin deyilmi?
Bəsin deyilmi?
Mən nələr etməmişdim, bu sevginin yolunda.
Bu gün səni görürəm, elə sənin toyunda.
Gəlinlik paltarında, qolun bəyin qolunda.
Mənim malım dövlətim, sənin bəsin deyilmi?
Bu qədər məhəbbətim, sənin bəsin deyilmi?
Bəsin deyilmi?