Gənc adam əllərində bir buket çiçək, sahilə qaçaraq gəldi. Gözləri belə bir sahildə gəzişdi, Axtardığını görə bilməyincə ilk gördüyü skamyada oturub sevdiyini gözləməyə başladı. Əllərində hər zamanki çiçəklərdən vardı. Sevgilisinin ən sevdiyi çiçəklər bunlar idi. Qırmızı, qıpqırmızı, qan qırmızı güllər…. Sanki budağından yeni qoparılmış kimi təzə idilər, ətirli iy verirdilər, sevgi iyi verir, eşq iyi verir ən əhəmiyyətlisi də həsrət və həsrət iyi verirdi güllər. Hamısının üzərində damlalar vardı. Sanki ağlayır kimi idilər. Gənc adam güllərə baxdı, sanki onlarla danışırmış kimi: “Niyə ağlayırsınız, baxın mən nə qədər xoşbəxtəm.” dedi. Az sonra sevdiyini görəcəyi üçün ürəyi yenə dəli kimi atmağa başlamış idi. Nə vaxt onu düşünsə, onunla görüşəcəyini xəyal etsə ürəyi eyni belə yerindən çıxacaqmış kimi olurdu. İllərdir bir-birlərini sevmələrinə baxmayaraq ikisi də sevgisindən heç bir şey itirməmişdi. Onları heç bir şey ayıra bilməzdi. Nə həsrət, nə ayrılıq, nə də ölüm… Gənc adam təlaşla saatına baxdı. Sevdiyi yenə gecikmiş idi, 1 dəqiqə gecikmiş idi. Üstəlik o, sevdiyini gözlətməmək üçün dəqiqələrlə əvvəl qaçaraq gəlir, onu gözləməyi belə sevirdi. Amma sevdiyi hər vaxt bunu edirdi. Davamlı özünü gözlədirdi. Hər kəsin bir qüsuru olarmış deyə düşündü. Və gözlərini önündəki ucsuz-bucaqsız dənizlərə dikdi. Dənizin sonu yox kimi idi, eynilə sevdiyi qıza qarşı olan eşqi kimi dənizin də sonu yox idi. Sonsuzluğa uzanırdı. Əslində bu gün onlar üçün çox xüsusi bir gün idi. Öz aralarında sözlənəcəkdilər. Cavan əvvəl bunu sevdiyine açmış, sonra da gedib iki üzük almışdı. Bu qədər əhəmiyyətli bir gündə heç olmasa onu gözlətməməli idi. Amma alışmış idi artıq gözləməyə, zərəri yox bir az daha gözləyərəm deyə düşündü. Güllərin yarpaqları nədənsə hələ yaşlı idi. Heç cür anlamırdı onları. Hər şey bu qədər gözəlkən niyə ağlayırdılar ki? Az sonra sevdiyi gələcək, onlar qucaqlaşacaqdılar. Sonra üzükləri taxıb, evliliyə ilk addımlarını atacaqdılar. Gənc adam elə həyəcanlı idi ki, sevdiyine qovuşmaq üçün can atırdı….. Qağayılara baxdı, bir-birləriylə oynayıb, uçuşan qağayılara… Nə qədər gözəl rəqs edirdilər havada. Təkrar saatına baxdı gənc adam. Narahat olmağa başlamışdı. Sevgilisi yenə gecikmişdi, həm də çox…. Bu qədər gecikməməsi lazım idi. Hər gün burada görüşmək üçün sözləşmirdilərmi? Hər gün sahildə, qağayılara baxaraq, dənizin onlara izah etdiyi nağılları dinləyərək bir-birlərinə sarılıb həsrət aradan qaldıracaqlarına söz vermirdilərmi? Bəs nəyə görə gəlməmişdi?… Ağlına pis düşüncələr gəlməyə başladı. Xeyr… Xeyr… ola bilməzdi. Sevdiyine bir şey ola bilməzdi. Onsuz həyat yaşanmazdı ki…. O ölsə belə davamlı mənlə yaşar deyə düşündü gənc adam. Bunun düşüncəsi belə xoş dəyildi. Gözlərini yerə endirdi. Göz yaşlarını kimsənin görməsini istəmirdi. Onsuz da nədənsə ətrafındakı insanlar ona sanki dəli kimi baxırdılar. Narahat olmağa başladı baxışlardan. Artıq bezmişdi…. Yenə sevgilisi gəldi ağlına. Gözlərini bağladı. “7 il oldu”dedi… 7 ildir hər gün bu sahildə idi, sevdiyini gözləyirdi. Daha çox dözə bilmədi. Ürəyi parçalanacaq kimi olurdu. Gözlərindən bir damla yaş güllərin üzərinə damladı.Yenə gəlməyəcək deyəsən, ən yaxşısı mən onun evinə gedim deyə zümzümə etdi. Heç olmazsa gülləri hər zamanki kimi yanına qoyar, ona vermiş olardı….